PDF Oxu

Siyasət

  • 1 981

“Təxribat törətmək alçaqlıqdır, şərəfsizlikdir” MÜSAHİBƏ

“Təxribat törətmək alçaqlıqdır, şərəfsizlikdir” MÜSAHİBƏ

Elşən Musayev: “Təxribat erməni həyasızlığının və erməni xislətinin növbəti təzahürüdür"

Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin “Səs” qəzetinə müsahibəsi

- Elşən müəllim, martın 5-də Xankəndi istiqamətində ermənilərin törətdiyi təxribat hansısa kənar qüvvələrin planlaşdırdığı bir təxribat ola bilərmi?

- Xankəndi istiqamətində törədilən təxribat erməni həyasızlığının və erməni xislətinin növbəti təzahürüdür. Bu yaramazlar dayanmırlar, hər saat, hər gün növbəti təxribat üçün fürsət gözləyirlər, sülhə gəlmirlər, düzəlmirlər, adam olmurlar, şərəfsiz əməllərinə davam edirlər. Dəstək haradandır, kimdəndir, bu ayrı mövzudur və təbii ki, təxribatın törədilməsində başqa qüvvələrin də əli ola bilər. Fəqət, fakt budur ki, bütün hallarda məlum hadisə, məlum cinayət, məlum vandalizm aktı ermənilər tərəfindən törədilib. Yəni, erməni faşistləri hər zamankı kimi yenə də icraçı qismindədir.

- Azərbaycan suveren ərazilərində keçirdiyi əməliyyat davam edə bilərmi?

- Əlbəttə, davam edə bilər. Bu, bizim hüququmuzdur. Çünki sizin də söylədiyiniz kimi, həmin təxribatlar və cinayətlər Azərbaycanın suverenliyinə təhdid xarakteri daşıyır. Belə olan halda isə kiçik, orta və ya genişmiqyaslı antiterror əməliyyatlarının başlaya biləcəyi tam mümkündür.

- Rus sülhməramlılarının məsuliyyət zonasında baş verən erməni təxribatı onu deməyə əsas ola bilərmi ki, o təxribatlardan rus sülhməramlılarının komandanlığı əvvəlcədən məlumatlı olub?

- Bu haqda dəqiq nəsə söyləyə bilmərəm. Amma Rusiya sülhməramlıları indiyə qədər bir çox və oxşar vəziyyətlərdə etinasızlıq nümayiş etdiriblər. Burası dəqiqdir. Hərgah onlar, sülhməramlılar qərarlaşdıqları zonadakı sabitliyin bərqərar olması üçün ciddi cavabdehlik daşıyırlar və daha məsuliyyətli olmalıdırlar. Adlarından da göründüyü kimi, həmin hərbçilərin əsas missiyası və vəzifəsi sülhü təmin etmək, bu cür qarşıdurmaların, silahlı təxribatların qarşısını almaqdır.

- Ermənistan hər vəchlə sülhə hazır olduğunu bildirir. Amma davamlı şəkildə təxribatlar törədir. Bu, onu deməyə əsas ola bilərmi ki, Ermənistan və onun rəhbərliyi həqiqətən də erməni təfəkkürü ilə çıxış edir?

- Erməni xislətindən və təfəkküründən bayaq da danışdım. Bəli, həmin xislət dəyişməzdir və sadəcə qana, terrora, ədavətə köklənib. Ona görə də bu vəziyyətdədirlər, inkişaf edə bilmirlər, az qala bütün dünyadan təcrid olunublar, gündən-günə iflasa, fiaskoya, qaranlığa doğru gedirlər. Çünki belə siyasət olmaz. Belə ideologiya olmaz. Hər gün bir şey danışırlar. Paşinyan özünü o qədər qeyri-ciddi aparır ki, onun bir sözünə inanılası deyil. Ay ərzində ən az 4 dəfə fikir dəyişir. Burdan sülh deyir, ordan təxribat törədir. Nədir səbəb? Zaman uzatmaqdırmı? Sülhdən yayınmaqdırmı? Əgər budursa, alınmayacaq. Paşinyan belə elədikcə özünü daha da bitirəcək və paralel olaraq təmsil etdiyi dövləti da daha böyük problemlərin məngənəsinə salacaq. Çünki bölgədəki şərtlər, reallıqlar çox dəyişib. Xüsusən də 44 günlük müharibədən sonra. İndi həmin şərtləri biz diktə edirik. İndi bizlə hesablaşmaq lazımdır. Təxribat törətmək alçaqlıqdır, şərəfsizlikdir. Ermənistan əl çəkməlidir, belə şərəfsiz variantlardan. Masada oturub üzbəüz söhbət eləmək lazımdır. Sülh üçün töhfə vermək lazımdır, reallığı dərk etmək lazımdır.

GÜLYANƏ

Digər xəbərlər