Bu gün Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayon təşkilatının ictimai – siyasi həyatında fəal iştirak edən bir qrup qadınlarla görüş keçirilmişdir.Görüşü giriş sözü ilə açıq elan edən Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bayram münasibətilə xanımları səmimi qəlbdən təbrik edərək, onlara xoş arzularını çatdırdı, gələcək fəaliyyətlərində uğurlar arzuldı. Ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından söhbət açdı. S.Şükürov xanımlara ölkəmizin, rayonumuzun ictimai - siyasi həyatında hər zaman belə fəal olmalarını tövsiyyə etdi.
Çıxış edən fəllar da öz növbələrində belə bir görüşü təşkil etdiyinə, onlara göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Sonda rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlara Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının fəxri fərmanları və dəyərli hədiyyələri təqdim edilib.