Siyasət

  • 2 589

"Heydər Əliyev İli" çərçivəsində ağacəkmə aksiyası keçirilib FOTOLAR

image

"Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədr müavini, Ərazi Partiya Təşkilatının sədri Əvəz Qocayev, Agentliyin əməkdaşları və Nəsimi rayonu üzrə ərazi partiya təşkilatının nümayəndələri iştirak ediblər.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
Aksiya zamanı sözügedən ərazidə 500-dən çox Eldar şamı əkilib və ərazidə olan 2000-dən artıq ağaca qulluq göstərilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər