PDF Oxu

Siyasət

  • 3 076

Lənkəranda ağacəkmə aksiyası keçirilib FOTOLAR

Lənkəranda ağacəkmə aksiyası keçirilib FOTOLAR

Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.Aksiyada YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, partiya fəalları iştirak ediblər.Aksiya çərçivəsində Şəhərin Heydər Əliyev prospektində yerləşən ərazidə 500 sərv ağacı əkilib. Eyni zamanda, yeni əkilən ağaclar suvarılmış və dayaqlarla bərkidilmişdir.

Qeyd olunub ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Digər xəbərlər