PDF Oxu

Siyasət

  • 4 518

Ermənilər vəhşi xalq olaraq dünya ensiklopediyasına daxil olunub TƏHLİL

Ermənilər vəhşi xalq olaraq dünya ensiklopediyasına daxil olunub TƏHLİL

Bəşər tarixinin ən qəddar və qaniçən xalqları siyahısında ermənilərin adları ön sırada dayanır. Demək olar ki, dünyanın əksər kitabxanalarında ermənilərin terrorçu, vəhşi xalq olması barədə qalaq-qalaq kitablar mövcuddur. Acı təəssüf hissi ilə vurğulamaq lazımdır ki, ermənilərin ən çox hədəfinə tuş gələn, soyqırım aktlarına məruz qoyduğu millət azərbaycanlılar olub. Bu vəhşi toplum bu bölgəyə köçürüldükləri andan Azərbaycan xalqına qarşı dünya tarixində görünməmiş qətliamlar törədiblər. Yalnız son iki əsr ərzində 2 milyondan azərbaycanlı qətlə yetirilmiş, minlərlə yaşayış məntəqəsi dağıdılmış yerlə yeksan edilmişdir. Təkcə bir fakta nəzər yetirək, 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarına məxsus torpaqlarda yeni inzibati-bölgü-erməni vilayəti təşkil edilərkən 359 azərbaycanlı kəndinin əhalisinin çox hissəsi öldürülmüş, qalanları isə təqiblərə və milli ayrıseçkilik siyasətinə məruz qalaraq Təbrizə, Tehrana və Türkiyə torpaqlarına qaçmağa məcbur olmuşlar. XX əsrin əvvəllərində xarici ölkələrdən köçürülən ermənilərin sayının bir milyona çatması bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdur. Erməni daşnak millətçilərinin “böyük Ermənistan” ideyasını həyata keçirmələri ilə bağlı təbliğatları Qafqaz bölgəsini milli qırğınlara gətirib çıxarmışdır. 1905-1906-cı illərdə Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Gəncədə və Cənubi Azərbaycanda bu qırğınlar davam etmişdir. Erməni daşnak quldur dəstələri 1905-ci il noyabrın 28-də Qarabağ bölgəsinin şəhər və kəndlərini yandıraraq, uşaqlara, qadınlara və qocalara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Erməni quldur dəstələri yalnız Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında 75-ə qədər Azərbaycan kəndini, İrəvan və Zəngəzur quberniyalarında isə 200-dən çox yaşayış məntəqəsini dağıtmış əhalini vəhşicəsinə qətlə yetirmişlər. Erməni terrorçuları hələ 1904-cü ilin sentyabrında Bakı şəhərində bir neçə azərbaycanlını qətlə yetirmişlər. Bu qətllər isə ermənilər tərəfindən xəbərdarlıq xarakteri daşımışdır. 1905-ci il fevralın 5-də erməni terrorçu dəstələri Bakı qəzası Sabunçu kəndinin sakini Ağarza Babayevi öldürmüşlər. Qətl iğtişaş yaratmaq məqsədilə törədilmişdir. Elə həmin gün erməni quldur dəstələri realnı və texniki məktəblərin 7-ci sinif şagirdləri Yakov Lebedivi və İvan Volkovu öldürmüşlər. Erməni alimi C.Libardyanın yazdığına görə üç il ərzində (1904-1906-cı illər) erməni terrorçuları 105 “siyasi qətl” törətmişlər. Bunların 56-sı ermənilərə qarşı, 32-si siyasi bəhanələrlə həm ruslara, həm də türk məmurlarına və zabitlərinə qarşı, 2-3-ü təsadüfən heç bir səbəb olmadan, qalanları isə bankirlərə və sələmçilərə qarşı olmuşdur. Alimlər Libardiyanın göstərdiyi rəqəmləri araşdıraraq yazmışlar: “... Bu qısa üçillik dövrdə erməni terrorçuları tərəfindən öldürülmüş, erməni mənşəli hər iki adamla yanaşı, bir qeyri-erməni mənşəli şəxs də öldürülmüşdür. Məqsəd dəyişməyibdir: dinc ermənilərin böyük əksəriyyətini qəsdən qorxutmaq, onları terrorçuların fəaliyyətini təsviq etmək məcburiyyətində qoymaq”.1905-ci ilin fevralın 6-da Bakıda Mixaylov xəstəxanasının sənədlərinə görə erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter Osipovun və başqa maqnatların havadarlığı sayəsində terror qrupu 18 adamı öldürmüş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı, 6-sı rus, 6-sı erməni, 5-i isə başqa millətin nümayəndələridir. (Eloğlu S. Zəngəzur hadisələri. Bakı-1993)

“Bakı şəhərində qanlı qətliam”

1905-ci ilin qırğınları tarixə “Bakı şəhərində qanlı qətliam” kimi düşmüşdür. Həmin gün 980 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişlər. “Daşnaksutyun” beynəlxalq erməni terror təşkilatının idarə etdiyi quldur dəstələri 1905-ci ilin 20-21 fevralında İrəvan şəhərinin müsəlman sakinlərinə qarşı insanlığa yaraşmayan hərəkətlər edərək qırğınlar, vəhşiliklər etmişlər. Dinc əhalinin vəhşicəsinə öldürülməsi bu amansız hadisənin şahidlərini dəhşətə gətirmişdir. 1905-ci il mayın 11-də Bakı şəhərində baş erməni terrorçusu Qafqaz xalqları arasında dostluq əlaqələri ruhunda çıxış edən knyaz M.A.Nakaşidzeni və Q.Takiyeskilini qətlə yetirdilər. Bu hadisəni şahid R.R.Subinski öz xatirələrində göstərmişdir. O dövrün məlumatlarına əsasən, qatillərdən biri Dro ləqəbli Drastamat Xanayan idi. Bu hadisələrdən əvvəl Dro Zəngəzur mahalında erməni quldur dəstələrinin tərkibində dinc əhaliyə-türklərə, kürdlərə, azərbaycanlılara qarşı qanlı qırğınlarda yaxından iştirak etmişdi. Erməni daşnak quldarları 1905-ci ilin mayın 24-də İrəvan quberniyasında dinc azərbaycanlılara atəş açdılar. Qarışıqlıqdan istifadə erməni saqqallıları on bir vətəndaş-dörd qadın, iki uşaq və beş kişini qətlə yetirdilər. Bu qanlı hadisələrdən doymayan erməni quldur dəstələri 1905-ci ilin mayında Naxçıvan torpağına hücum edərək dinc əhaliyə qarşı qanlı divan törətdilər. Çoxlu sayda qadın, qoca və uşağı öldürdülər. Ermənilər 1905-ci ildə Zəngəzur bölgəsində də onlarca adam öldürülmüş, evlərə od vuraraq yandırmışlar.

1905-ci ilin avqustun 8-də 300-dən çox erməni daşnakı Şuşa qəzasının Vənd kəndinin karvan dəstələrinə hücum etdilər. Çoxlu tacir öldürüldü, əmlakçıları talan edildi. Kəndin sakini Abbas bəyin oğlunu, qardaşını və bir neçə nökər-naibini qətlə yetirdilər. Onların törətdikləri qanlı qırğınlarının məqsədi və yerli əhalini Şuşanı və Qarabağın dağlıq hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək idi. Ermənilərin piyada və süvari dəstələri 1905-ci ilin oktyabrın 3-də Azərbaycanın Sırxavənd müsəlman kəndinə hücum təşkil etdilər. Dəstəyə quldur terrorçu Hamazasp başçılıq edirdi. Kənd az vaxt içində insan meyitləri ilə doldu. Uşaqları bir yerə yığaraq kütləvi halda öldürdülər.

1906-cı ilin yanvarın 1-dən erməni daşnak dəstələri azərbaycanlı kəndi Papravəndə hücuma keçdilər. Kənd işğal olundu, qılıncla yarıldı, hələ dünyaya gəlməmiş körpələrin başlarını vurdular. Qırğına erməni quldur, qulağı kəsik Andranik Ozanyan başçılıq edirdi. Hələ əsrin əvvəllərində Rusiyanın Ərzurumdakı konsula general Q.Mayevski onun haqqında yazmışdı: “1901-ci il qışın əvvəllərində Andranik adlı birisinin erməni quldur dəstəsi Muş həndəvərində peyda olmuşdur”.1906-cı il iyulun 12-də erməni quldur dəstələri yaxınlığındakı erməni kəndlərindən 10 min nəfərə yaxın dəstə ilə Şuşa üzərinə hücuma keçdilər. Ərazidə döyüşlər beş gün davam etdi. Bütün evlərə bombalar yağdırıldı. Südəmər körpələri beşiklə birlikdə yandırır, anaların başını daşa çırpırdılar. 1905-1906-cı illərdə erməni bandaları Qarabağın yüzlərlə kəndini yerlə-yeksan etmişdilər. Bu dəstələr 1906-cı il iyulun 29-da azərbaycanlıların Karxana kəndinə hücum etdilər. Silahsız kəndlilər ermənilərə müqavimət göstərə bilmədilər. Kəndin bütün kişiləri erməni vandalları tərəfindən öldürüldü. Qaçıb təpəliklər arxasında gizlənmiş 30 qadın və uşağın yerini ermənilər dərhal müəyyən etmişlər. Buna səbəb gənc ana Pakizənin uşağının ağlaması olmuşdur. Hətta tarix bu körpə qızın adını da saxlamışdır-Firuzə. Qadınlar və uşaqlara da aman verməyərək onları qəddarcasına qətlə yetirmişlər. Ümumiyyətlə, o zaman Karxana kəndinin sakinlərindən heç kim canını qurtara bilməmişdir.

Erməni terrorçuları qadınlar və uşaqlara da aman verməyərək onları qəddarcasına qətlə yetirmişlər

1905-1906-cı illərdə xalqımıza qarşı kütəvi soyqırımı həyata keçirmək üçün erməni daşnakları silahlanmış könüllülər toplamışlar. Azərbaycan, Gürcüstan, Türkiyə torpaqları hesabına “Böyük Ermənistan" yaratmağa cəhd edən daşnaklar Azərbaycan yazıçısı M.S.Ordubadinin qeydlərinə görə, 1905-ci il iyunun 13-də erməni dəstələri Cəbrayıl bölgəsində əhalini tamamilə öldürmüşlər. O, yazır: “ Divanlı, Qaçar, Ağbulaq və s. kəndləri yandırdılar, 50 nəfər azərbaycanlını qətlə yetirdilər. 1906-cı ilin iyulun 12-də Şuşada car hakim dairələrinin iki başlı siyasəti üzündən ikinci dəfə ermənilər olmazın vəhşiliklər həyata keçirdilər.”

Tarixi Azərbaycan şəhəri olan İrəvanı özününküləşdirmək üçün rus-fars hərbi siyasi qüvvələri ermənilərə əhəmiyyətli şəkildə dəstək göstərmişlər. Halbuki bu tarixi şəhərin qurucusu azərbaycanlılar olmuşlar, onun inkişaf etdirilməsinə də azərbaycanlılar dəstək göstərmişlər. Bu gün də İrəvan şəhərində azərbaycanlıların irsinin elementləri şəhərin hər bir guşəsində hiss olunmaqdadır. On doqquzuncu əsrin əvvəllərində İrəvan şəhərinin 96 yaşayış məntəqəsindən cəmi 5-də ermənilər yaşamışlar. Publisist, tərcüməçi, dramaturq, ictimai xadim Mirzə Bala Məmmədzadə yazır ki, Birinci Dünya müharibəsindən öncə bütün dünyada mövcud 3 milyon ermənidən 1 milyon 100 min nəfəri Qafqazda, 100 min nəfəri İranda, 400 min nəfəri Türkiyədə sakin idi. 1988-ci ildən erməni silahlı birləşmələrinin Qarabağa soxulması və sonrakı illərdə Azərbaycan torpaqlarının 20 min kvadrat kilometr ərazisini işğal etməsi, 1 milyondan çox azərbaycanlının qaçqın düşməsi, on minlərlə soydaşımızın öldürülməsi, Xocalının yerlə yeksan edilməsi bizdən keçmişə diqqət yetirməyi, səhvləri təkrar etməməyi, unutqanlığı birdəfəlik yaddan çıxarmağı tələb edir. 1988-ci ildə azərbaycanlıları öz doğma torpaqlarından deportasiyasını silah gücünə həyata keçirdilər. Ermənistan Ali Sovetinin 1988-ci il 22 noyabr sessiyasının məxfi tapşırığına əsasən, noyabrın 22-dən 28-dək bu ərazinin 22 rayonundakı 170 təmiz və 94 qarışıq yaşayış yerindən 230 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürdü, 1000 nəfər rusdilli əhali erməni saqqallılarının silahlı dəstələri tərəfindən zorla qovuldular. Qərbi Azərbaycan ərazisindən deportasiyaya məruz qalanlardan 255 nəfər vəhşicəsinə qətlə yetirilmiş, minlərlə uşaq, qadın, qoca yaralanmış, on minlərlə ailənin əmlakı çapılıb talan edilmişdir.

Ermənilər üçün dövlət qurmaq məqsədilə xarici qüvvələr öz dəstəklərini əsirgəməmişlər. Demək olar ki, istəklərinə də nail olmuşlar. Azərbaycanın şəhər və qəsəbələrini, kəndlərini qəsb etməklə erməni kimi vəhşi bir topluma dövlət yaratmalarına köməklik göstərmişlər. 1918-ci il Batum müqaviləsinə görə cəmisi 9 min kvadrat kilometr ərazisi olan Ermənistan ötən dövrdə 20 min kvadrat kilometr tarixi Azərbaycan torpaqlarını qəsb etmişdir. Ancaq Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa etdi. Artıq Qarabağ münaqişəsi yoxdur, bütöv, qüdrətli Azərbaycan sərhədləri daxilində Şuşa, Xankəndi, Kəbəcər, Laçın və digər azad nəfəs alan ərazilərimiz var.

İ.ƏLİYEV

Digər xəbərlər