Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridir. Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.Ölkəmizdə aparılan geniş quruculuq, abadlıq işləri, həyata keçirilən məqsədyönlü siyasət qadınların da müxtəlif sferalarda təmsilçilik hüququ əldə etməsinə böyük imkanlar yaradır. Ümummilli Lider öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyində prioritet istiqamətlərdən birinə çevrildi. Həmçinin Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıdı. Ulu öndər Heydərin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradıldı.Bu Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur.
Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan möhtərəm cənab Prezidentimiz İlham Əliyev də həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas parametrlərində qadınların təmsilçiliyinə xüsusi önəm verir.Bəli,bu gün Azərbaycanda qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.Azərbaycanın Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva qadın hərəkatının yeni səhifəsini yazır.O,Azərbaycan qadını obrazını yaradıb. Onun bütün fəaliyyəti Azərbaycan haqqında olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələndi. Mehriban xanım Əliyeva ölkəmizdə milli dövlətçilik institutunun formalaşmasına böyük töhfələr verən siyasi-mədəni rəhbər, çoxyönlü fəaliyyət meydanı ilə dünyada tanınan, qəbul edilən humanist xadimdir. Çağdaş Azərbaycan tarixinə onun adı artıq modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır. Azərbaycanın birinci xanımı bütün dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir.
Əminliklə deyə bilərik ki,Azərbaycan qadını cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, böyük nailiyyətləri ilə müstəqillik tariximizə yeni parlaq səhifələr yazacaqdır.
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri