YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bayram münasibətilə tədbirdə iştrak edən xanımları səmimi qəlbdən təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından söhbət açıb.YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev xanımları ölkəmizin ictimai - siyasi həyatında hər zaman belə fəal olmağa çağırıb.Çıxış edən xanımlar da öz növbələrində belə bir görüşü təşkil etdiyinə, onlara göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına təşəkkürlərini bildiriblər.
Sonda YAP fəallarına və könüllülərinə dəyərli hədiyyələr, Gül buketləri təqdim edilib və bayram tortu kəsilib.