8 mart 2023-cü il tarixdə Xocavənd rayonunda Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələri ziyarət edilib. YAP Xocavənd Rayon Təşkilatı, Xocavənd Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın qadın ailə üzvlərini təbrik ediblər. Gətirdikləri hədiyyələri onlara təqdim ediblər.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.