PDF Oxu

Siyasət

  • 1 339

Son 4 ildə Qoşulmama Hərəkatı daha səmərəli fəaliyyət göstərdi ŞƏRH

image

Dünya sürətlə dəyişir. Beynəlxalq sistemin bu dəyişikliklərə göstərdiyi reaksiya heç də dünyanın dəyişmə sürətinə adekvat görünmür. SSRİ-nin süqutundan sonra beynəlxalq siyasi konfiqurasiyada sürətli ardıcıllıqla baş verən hadisələrin xronologiyası göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün dünyanın idarə olunması kimi məsul bir vəzifəni daşıyan təşkilatlar bu dəyişikliklər qarşısında acizdirlər. Son 30 ildə BMT-nin dünyada yaranmış yeni reallıqlara uyğun olaraq islahatlara uğramaq zərurəti haqqında nə qədər çox danışılsa da əməli addımlar atılmır, BMT və ATƏT kimi vacib qurumların baş verənlərə təsir imkanları getdikcə sıfıra yaxınlaşır.

Hələ 1988-ci ildən başlayaraq Azərbaycan ərazilərini ilhaq etməyə çalışan Ermənistanın beynəlxalq sistem tərəfindən heç bir müqavimətlə rastlaşmaması Azərbaycan ərazilərinin bir qisminin işğalı və 1992-ci ildə Xocalı soyqırımının baş verməsi ilə nəticələndi. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına qarşı 1993-cü ildə BMT tərəfindən qəbul olunmuş məlum qətnamələrin kağız üzərində qalması isə az sonra Serbiya rəhbərliyinin Balkanlarda təcavüzkar siyasətinə rəvac verdi və 1995-ci ilin iyulunda Bosniya və Herseqovinada Srebrenitsa soyqırımının törədilməsinə gətirib çıxardı. Bundan sonra da Serbiya siyasi rəhbərliyinə qarşı Beynəlxalq Tribunal yaradılsa da dünyada və xüsusilə Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün institusional islahatların aparılması üzrə əməli addımlar atılmadı. Beynəlxalq sistemin amorf yanaşması sonrakı illərdə Moldova, Gürcüstan və nəhayət Ukrayna ərazilərində böyük müharibə təhlükəsi vəd edən münaqişə ocaqlarının yaranması ilə nəticələndi. Bütün bu hadisələrin fonunda dünyada və Avropada təhlükəsizliyin təmin olunması üçün məsul olan BMT və ATƏT kimi təşkilatlar öz fəaliyyətsizlikləri ilə dünyanı hazırda müşahidə etdiyimiz daha böyük təhlükələrə yaxınlaşdırdılar.

Mövcud olduğu müddət ərzində Qoşulmama Hərəkatı BMT və ATƏT ilə müqayisədə dünyada gedən proseslərə daha az təsir gücü ilə tanınan bir təşkilat olub. Rəsmən 1961-ci ildə yaradılmış və 120 dövlətin təmsil olunduğu Hərəkat bitərəf dövlətlərin təsisatı olaraq öz toplantılarında dünyada gedən prosesləri müzakirə etsə də, onun bu proseslərin gedişinə təsir etmək imkanı heç vaxt real görünməyib. Qoşulmama Hərəkatının dünya hadisələrinə fəal müdaxiləsi məhz 2019-cu ildə Azərbaycanın bu təşkilata sədrliyi ilə başlayıb. Qlobal pandemiyanın lap başlanğıcında, dünya üçün qlobal müharibələr qədər təhlükəli olan bir şəraitdə təşkilata sədrliyi qəbul edən Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə o zamanadək görünməmiş bir canlanma gətirdi.Son 4 ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sədrliyi dövründə Qoşulmama hərəkatının BMT və ATƏT kimi qlobal mexanizmlərin daha səmərəli fəaliyyət göstərə bildiyini göstərdi.

MEHMAN MUSAYEV

Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalı

Digər xəbərlər