PDF Oxu

Siyasət

  • 1 144

Gənclər Azərbaycan Hərb Tarixi Muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət ediblər

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və könüllüləri Azərbaycan Hərb Tarixi Muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya edən gənclərə 1992-ci ildə yaradılımış Azərbaycan Hərb Tarixi Muzeyi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir.
Ziyarətçilər, eyni zamanda açıq havada sərgilənən hərbi texnikalarla tanış olublar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankların maketləri gənclər tərəfindən maraqla qarşılanıb. Muzey əməkdaşı tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında məlumat verərək ziyarətçilərin suallarını cavablandırıb.
Hərbi Qənimətlər Parkına ekskursiya edən gənclər və könüllülər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə xalqımızın mərd oğulları tərəfindən döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən ələ keçirilən hərbi qənimətlərlə, eləcə də parkda sərgilənən ağır texnikalar, tanklar, döyüş maşınları, hərbi nəqliyyat və düşmənin dinc əhalini hədəf alaraq endirdiyi raketlərin qalıqları ilə tanış olublar.

Digər xəbərlər