PDF Oxu

Siyasət

  • 2 943

Şuşada məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib FOTOLAR

Şuşada məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının, Qarabağ Regional Təhsil idarəsinin Şuşa rayonu üzrə təhsil sektorunun və Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr edilmiş məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib. Turnirdə rayonun məktəblərindən 10-12, 14-16 yaş qrupları üzrə 16-sı qız, 20-si oğlan olmaqla ümumilikdə 36 nəfər şagird iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıblar.

Sonra turnirə start verilib. Qaliblər müvafiq dərəcəli diplomlarla təltif ediləcəklər.

Digər xəbərlər