10 mart 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Ağdam rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, rayon təşkilatının əməkdaşları, 100 nəfərdən artıq YAP fəalları, ərazi partiya təşkilatının sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.Aksiya zamanı rayonun Quzanlı- Hindarx yolunun Üçoğlan kəndi ərazisindən keçən hissəsində 150 dən çox çinar ağacı əkilmişdir.