PDF Oxu

Siyasət

  • 2 938

“Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət quruculuğu” - FOTOLAR

“Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət quruculuğu” - FOTOLAR

"Heydər Əliyev ili" çərçivəsində Ağdam rayonunda Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət quruculuğu” mövzusunda tədbir keçirilmişdir. İlk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxış edərək Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin siyasi irsi və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışdı. Mansur Quliyev Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna işlərdən geniş söhbət açdı.

Tədbirdə çıxış edən Regional Mərkəz rəisinin müavini Eldəniz Bayramov, Regional Mərkəzin əməkdaşları Həsən Nəsirov, Elvin Əlizadə və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu istiqamətində gördüyü işlərdən, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs etdilər və bildirdilər ki, Ulu Öndərin uğurlu siyasəti sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali tribunalarında və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu.

Digər xəbərlər