PDF Oxu

Siyasət

  • 5 394

Prezident İlham Əliyev vədinə və sözünə sadiq olan Liderdir! - ŞƏRH

Prezident İlham Əliyev vədinə və sözünə sadiq olan Liderdir! - ŞƏRH

Bu reallıq həm də siyasi sistemin möhkəmləndirilməsinə doğru atılan mühüm addım olaraq qiymətləndirilə bilər

Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası sürətlə davam etdir və Azərbaycan xalqının maraqlarına xidmət edən dövlətçilik fəaliyyəti ölkəmizin qüdrətin artırır. Belə ki, azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış altıncı çağırış Milli Məclis ötən dövr ərzində bir çox uğurlara imza atıb və xüsusilə 2020-ci ilin 10 mart tarixində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev məhz bu çıxışında bir sıra önəmli məsələlərə toxunub, əhəmiyyətli bəyanatlarını irəli sürüb.

Yeni Azərbaycan Partiyasının keçirilən seçkilər zamanı yerlərin əksəriyyətini qazandığını vurğulayan dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, hakim partiyanın parlamentdəki sözü kifayət qədər qiymətlidir və təsirlidir. O cümlədən, Prezident İlham Əliyevin rəhbərliyi altında partiyanın yeni konfiqurasiyasına start verilmildir ki, artıq həmin zamandan etibarən YAP özünün daha müasir standartları ilə seçilməkdədir. Təbii ki, bu reallıq həm də siyasi sistemin möhkəmləndirilməsinə doğru atılan mühüm addım olaraq qiymətləndirilə bilər. Əbəs deyil ki, ölkə rəhbərimiz çıxışı zamanı bu faktora toxunaraq vurğulayıb: “Mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.

Təbii ki, bu gerçəklik həm də demokratik dəyərlərin, o cümlədən, iqtidar-müxalifət münasibətlərinin dialoq mühitinə verdiyi töhfələrdən biridir. Bu gün Milli Məclisdə davam edən işlərin, qəbul edilən qərarların və hazırlanan layihələrin hər biri bilavasitə demokratik dəyərlərə söykənərək icra edilməkdədir.

O da əbəs deyil ki, dövlət başçımız eyni zamanda, Prezident Administrasiyasının nümayəndələrinin bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirdiyini tarixi çıxışı zamanı vurğulayıb və həmin görüşlərin nəticələrinin də ona müntəzəm olaraq məlumat verildiyini qeyd edib. Bu da sübut edir ki, ölkə rəhbərimiz ölkə daxilində mövcud olan siyasi sistemin inkişafına şəxsən təkan verir, bu siyasətin tərəqqisi yönündə mühüm addımlar atır. Dövlət başçımız bildirib ki, bütövlükdə ilkin rəy müsbətdir: “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir”.

Bəli, islahatlar aparılır və bu islahatlar paralel olaraq çoxşaxəli yöndə gerçəkləşdirilir. Söz yox ki, bu çoxşaxəlilik növbəti illərdə də özünü göstərir. Bu baxımdan, ölkəmizdə çoxpartiyalılıq sisteminin də inkişafı diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev altını çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı bu amilə toxunub: “Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır”.

Təbii ki, bütün bunların təməlində dayanan reallıq 2018-ci ilin prezident seçkilərindən sonra daha çox vüsət aldı. Ölkə başçımız çıxışı zamanı da qeyd edib ki, islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır: “Bu islahatları mən andiçmə mərasimində, bax, bu salonda bəyan etmişdim. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır. Bir də onu göstərir ki, həmişə olduğu kimi, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. İslahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır”.

Sonda daha bir faktı da qeyd etmək yerinə düşərdi. Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində və sözügedən iclasda irəli sürdüyü fikirləri əsasında bəyan olundu ki, Azərbaycan heç vaxt Ermənistanın torpaqlarımızı işğal etməsi faktı ilə barışmayacaq və belə də oldu. Həmin ərəfədə Prezident İlham Əliyev vurğulamışdı: “Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir”.

Artıq bu gün Azərbaycan böyük tədbirlərin mərkəzinə çevrilib və ölkəmiz qalib ölkə olaraq öz sözünü deməkdədir. 27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başlayan 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə zəfərlə başa çatdı. Və bu gün məhz 2020-ci ilin 10 mart tarixindəki çıxışı xatırlayarkən biz bir daha əmin oluruq ki, Prezident İlham Əliyev vədinə və sözünə sadiq olan Liderdir!

Zərifə Quliyeva,
YAP Veteranlar Şurasının üzvü

Digər xəbərlər