Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da YAP Tərtər rayon təşkilatının Tədbirlər Planına əsasən silsilə tədbirlər davam etdirilir. Tədbirlər Planına uyğun olaraq 10 mart 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti iməcilik keçirilib. Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Tərtər rayon Bayraq Meydanında keçirilən iməcilikdə rayon təşkilatının bir qrup fəalı, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, sakinlər fəal iştirak ediblər.
Əvvəlcə ərazidə təmizlik işləri aparılıb, ağacların dibləri və köhnəlmiş qazon hissələr yenidən səpilməsi üçün bellənib, səliqə-səhman yaradılıb. Eyni zamanda ərazidə olan fantanlarda yuyularaq təmizlənmişdir.