PDF Oxu

Siyasət

  • 2 481

BAKI 2023 – Multilateralizmin Tərəfdaşlıq Mərkəzi ŞƏRH

BAKI 2023 – Multilateralizmin Tərəfdaşlıq Mərkəzi ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlamışdır. Martın 11-dək davam edən forumda yeni dünya düzəninə təhdid yaradan amillər, o cümlədən təhlükəsizlik məsələləri və sülhün təmin edilməsi perspektivləri, bölünmüş dünyada sabitliyin bərqərar olması, onun qlobal dünyaya təsiri, yeni dünya düzəninə təhlükə yaradan amillər, o cümlədən təhlükəsizlik məsələləri və sülhün təmin edilməsi perspektivləri və s. aktual məsələlər müzakirə olunub. Qarşılaşdığı problemlərin həlli, münaqişələrin nəzərdən keçirilməsi, dünyanı sarsıdan meqa-təhdidlər, o cümlədən iqlim, qida, nüvə təhlükəsizliyi məsələləri, pandemiyadan sonrakı dövrdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, əsas müzakirə mövzuları qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin əlaməti kimi miqrasiyanın qarşısının alınması müzakirələri olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Qlobal Bakı Forumunda bir çox ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib: 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, 5 BMT strukturunun rəhbəri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirinin müavinləri, 61 ölkədən ümumilikdə 360 nümayəndə iştirak edib. Forumun kifayət qədər geniş proqramı Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə etməsi ilə yanaşı dünyanın aktual məsələlərini də əhatə edirdi.

Birinci çıxış edərək, Azərbabaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqa və cənab Serageldinə liderlik keyfiyyətlərinə, Mərkəzin inkişafına töhfələrinə və Qlobal Bakı Forumunun aparıcı beynəlxalq forumlardan birinə çevrilməsi ilə bağlı mühüm nailiyyətlərinə görə xüsusi minnətdarlığını bildirirdi, müzakirə ediləcək bəzi mövzularla bağlı öz fikirlərimi və bəzi məlumatlarla bölüşərək, bir çox aktual məsələlərə toxundu. Müzakirə panellərindən birinin multilateralizmə həsr olunmasından məmnun olduğunu bildirən cənab İlham Əliyev, Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən, xüsusi ilə də Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründəki nailiyyətlərindən və gələcəkdə bu günkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu vurğuladı.

Multilateralizm - hərbi-siyasi, iqtisadi, ekoloji, sülh quruculuğu, tərksilah və təhlükəsizlik və beynəlxalq münasibətlərin digər sahələrində çoxtərəfli sazişlərə əsaslanan xarici siyasətin həyata keçirilməsinə bir yanaşmadır. Bu yanaşma, böhranların minimuma endirilməsi və münaqişələrin həlli üzrə fəaliyyətlərin razılığa əsaslandığı və beynəlxalq ictimaiyyət nümayəndələrinin aydın şəkildə ifadə edilmiş ümumi maraqlarına əsaslandığı təqdirdə daha təsirli ola biləcəyi inancına əsaslanır. Multilateralizm hər bir dövlətə bütün tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə etməyə imkan verən çoxtərəfli sazişlər mexanizmi əsasında dövlətlər arasında münasibətlərin qurulması prinsipidir. Bu model çərçivəsində G7 və ya G20-də olduğu kimi açıq şəkildə məhdud üzvlük nəzərdə tutulmur, lakin o, beynəlxalq institutlarda islahatların aparılmasını və beynəlxalq müqavilələrin gücləndirilməsini nəzərdə tutur.

Müasir dünya ziddiyyətli tendensiyaların birləşməsi ilə xarakterizə olunur. Bir tərəfdən, İkinci Dünya Müharibəsindən sonra yaradılmış, nüvəsini BMT təşkil edən beynəlxalq münasibətlər sistemi hələ də fəaliyyət göstərməkdə, beynəlxalq hüquq qanunlarının və beynəlxalq müqavilələr şəklində vahid davranış standartlarının yaranmasına səbəb olur. Müxtəlif beynəlxalq təşkilatların və çoxtərəfli əməkdaşlıq formatlarının mövcudluğu çoxtərəfliliyin və daha geniş mənada universallığın təməlində illər əvvəl qoyulmuşdur. Digər tərəfdən, mövcud sistem qlobal sarsıntılara məruz qalır. Koronavirus pandemiyası, miqrasiya böhranları, kiber təhdidlər çoxtərəfliliyə, xüsusən də BMT-yə inamsızlığı artırıb. Çoxtərəfliliyin simvolu kimi xidmət edən dünya təşkilatı dönüş nöqtəsindədir. BMT konfransları müxtəlif maraqların toqquşması, eləcə də dövlətlərdə siyasi sistemlərin formalaşması platformasına çevrilib. Buna baxmayaraq, qloballaşma nəticəsində çoxsaylı aktorların meydana çıxması səbəbindən çoxtərəflilik yalnız dövlətlər arasında əməkdaşlığın əlaqələndirilməsinin institusional forması olmaqdan çıxıb. Buna görə də beynəlxalq təşkilatların işində əsas problem qlobal qərarların qəbulu prosesidir (məsələn, onların şəffaflıq, səmərəlilik və təmsilçilik dərəcəsi). Bu amilləri nəzərə alaraq deyə bilərik ki, qlobal dünya nizamı sisteminin özü keçid vəziyyətindədir və hələ ki, gələcəkdə hansı formada mövcud olacağı sual altındadır. Aydındır ki, bu geosiyasi keçid beynəlxalq qeyri-sabitliyə görə uzun müddət yarımçıq qala bilər. Ona görə də istər-istəməz qlobal çoxtərəfliliyi nələrin gözlədiyi və BMT-nin gələcək sistemdə hansı yeri tutacağı ilə bağlı suallar yaranır. Baxmayaraq ki, bir çox ölkələr BMT-nin dünya vəziyyətinin hazırkı şərtlərinə uyğunlaşdırılması üçün islahatların aparılması zərurətini dərk edir, bu müzakirələr çox vaxt çoxtərəflilik üçün çox ağrılı olur. BMT-də islahatlara dövlətlərin müxtəlif baxışları təşkilatın qlobal nüfuzunu artırmaq cəhdlərini xeyli çətinləşdirir, baxmayaraq ki, 18.09.2017-ci il tarixində 120-dən çox Üzv Dövlət Baş Katib Antonio Quterreşin islahatlar gündəliyinə sadiqliyini ifadə edən on bəndlik siyasi bəyannamə imzalamışdır.

Soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi olduğumuzu qeyd edən cənab Prezident, Qoşulmama Hərəkatının körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya biləcəyini vurğuladı. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir. Münaqişələrin həllinə gəldikdə, bu mövzu X Qlobal Bakı Forumu çərçivəsində geniş şəkildə müzakirə platformasıdır. Öz təcrübəmizlə bağlı fikirlərini bölüşən cənab İlham Əliyev, Azərbaycanın Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdığını vurğuladı: “Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib. Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. 1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi. Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda bizə belə görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Lakin biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi”. Cənab Prezidentin geniş çıxışının bir hissəsini əhatə edən bu nitq onu göstərir ki, Azərbaycan ciddi şəkildə konstruktiv mövqe tutur və məsələlərin həllində yalnız sülhü, beynalxalq hüququ əsas götürür .BMT Baş Assambleyasının keçmiş sədri, Serbiyanın keçmiş xarici işlər naziri Vuk Yeremiç də səylərin birləşdirilməsinin zəruriliyindən danışıb. “İrəli getmək istəyiriksə, əsas oyunçular arasında ümumi razılığa və barışığa nail ola biləcək bir lider olmalıdır. Bir-birinə qarşı duran bloklar birləşməlidir”. Azərbaycanın fəaliyyətinin uğurlu və səmərəli olduğunu qeyd edən Vuk Yeremiç bunun ölkəmizin liderlik nümunəsi və aydın mövqeyi olduğunu vurğulayıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın nüfuzlu beynalxalq arenası olan X Qlobal Bakı Forumu çərçivəsində əsaslı çıxışı dövlətimizin beynalxalq nüfuzunun daha da artmasına tövhə verdi, xalqımızın növbəti fəxr və gürür mənbəyi oldu.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər