PDF Oxu

Siyasət

  • 1 718

Yasamal rayonunda şəhidin ailəsi ziyarət olunub FOTOLAR

Yasamal rayonunda şəhidin ailəsi ziyarət olunub FOTOLAR

Yeni YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Z.Xəlilov küç.35” (53 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkialtının sədri, 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mustafayev Nurlan Hamlet oğlunun ailəsi ziyarət olunub.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır.Şəhidin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Mustafayev Nurlan Hamlet oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər