PDF Oxu

Siyasət

  • 3 201

“100-cü BAHAR” FOTOLAR

“100-cü BAHAR” FOTOLAR

YAP Yasamal rayon təşkilatı və “ELM” Gənclərin sosial-intellektual inkişafına dəstək İctimai Birliyi Qeyri Hökumət Təşkilatı ilə birgə Heydər Əliyev İli” ilə əlaqədar olaraq “100-cü BAHAR” bilik müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi ilə bağlı tədbir baş tutub.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “ELM” Gənclərin sosial-intellektual inkişafına dəstək İctimai Birliyinin sədri Səbuhi Abdullayev, orta məktəb müəllimləri, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.Yap Yasamal rayon təşkilatında baş tutuan tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin, habelə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra “100-cü BAHAR” müsabiqəsi ilə bağlı videoçarx nümayiş etdirilib. İştirakçıları salamlayaraq tədbiri açıq elan edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə tədbirin baş tutmasının səbəbinin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gəlməsini bildirib. Qeyd olunub ki, Azərbaycan xalqının dahilik simvolu olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmiz əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır. Ulu öndər Heydər Əliyev yolu mustəqil Azərbaycanımıza daha böyük uğurlar qazandırmaqdadır. Məhz son 19 ildə bu siyasətin ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təkmil islahatların həyata keçirilməsi, qarşıya yeni-yeni hədəflərin qoyulması bu əminliyə əsas verir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbəyə imza ataraq hazırda tarixi Zəfərinin reallıqlarını yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması böyük qürurumuz, Heydər Əliyev siyasətinin təntənəsidir. Bu istiqamətdə də gənclərimizin fəaliyyəti və əldə etdikləri uğurlar əvəzolunmazdır. Çıxışının sonunda B.Nəbiyev bilik müsabiqəsinin qaliblərini təbrik edərək gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.Sonra çıxış edən “ELM” Gənclərin sosial-intellektual inkişafına dəstək İctimai Birliyinin sədri Səbuhi Abdullayev bildirib ki, Azərbaycan Respublikası Gənclər fondunun dəstəyi ilə "ELM" ictimai birliyinin "100-cü BAHAR" gənclərin bilik müsabiqələri haqqında məlumat verib. İntellektual bilik yarışlarının gənclərin inkişafında, bilik və dünyagörüşlərinin artırılmasında önəmini vurğulayan S.Abdullayev qeyd edib ki, ölkəmizdə belə yarışların keçirilməsi ənənəvi hal alıb. Azərbaycan gəncliyi ilə bağlı qəbul edilən Dövlət proqramlarında da bu qəbildən yarışların keçirilməsi əksini tapıb. Çıxışının sonunda S.Abdullayev müsabiqə qaliblərini təbrik edib.Sonda “100-cü BAHAR” bilik müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Digər xəbərlər