Martın 9-da paytaxt Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumunda ciddi mesajlar verildi. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.Forumda ölkələrin təhlükəsizlik məsələsi, enerji problemləri müzakirə olundu. Bakı Forumu Şərq və Qərbin enerji əməkdaşlığı, iqtisadi tərəfdaşlığı və maliyyə sahəsində işbirliyi müstəvilərində birgə əlaqələrin yeni perspektivlərini müəyyənləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən imzalandı. Bu Memorandum hazırda icra olunur. Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər biz 2021-ci ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək söylədi.
Azərbaycanla Avropa İttifaqı arasında enerjidaşyıcılarının nəqli, xüsusilə də karbohidroen təminatı bazarının diversifikasiyası, Avropanın təbii qaz və xam neft təminatı mənbələrinin sayının artırılması istiqamətində ciddi işlər görülüb. Dünya enerji bazarının, istehsalla istehlakın gələcəyi olan bərpaolunan, yaşıl enerji sahəsində Azərbaycan lider mövqelərdən birini tutmaqda qərarlıdır.
Azərbaycan bu cür forumlar təşkil etməklə öz haqq səsini dünyaya çatdırır. Forumda bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidi. Forumda aparılan müzakirələr və səsləndirilən fikirlər bir daha onu da təsdiq etdi ki, Azərbaycan beynəlxalq əlaqələrdə etibarlı tərəfdaş kimi tanınmaqla yanaşı, artıq həm də nüfuzlu siyasi mərkəzə və mütərəqqi dünya üçün cəlbedici ölkəyə çevrilib. Qlobal qarşıdurma fonunda ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi konkret töhfə onun göstəricisidir ki, Azərbaycan Qarabağ məsələsində olduğu kimi, digər münaqişələrdə də bəşəri dəyərlərin, beynəlxalq hüququn və haqqın tərəfindədir.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri