Bu bir reallıqdır ki, bu gün Azərbaycanda elə bir şəhər, elə bir qəsəbə, elə bir kənd yoxdur ki, orada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əməyi, fəaliyyətinin izi olmasın. Ulu öndər bütün mənalı həyatını doğma xalqına, Azərbaycan dövlətinin güclü, qüdrətli olmasına həsr etmişdir. Heydər Əliyev Tanrının bu dünyaya, Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyyətlərdəndir və onun həyatı bütöv bir tarixdir.Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər dövlətçilik tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılıb.Azərbaycan öz müstəqilliyini əldə etdiyi bir zamanda o dövrkü hakimiyyətin səriştəsizliyindən zorla düçar olduğumuz müharibədəki uğursuzluqlarımız, torpaqlarımızın işğalı,daxildə kürsü davası, vətəndaş müharibəsi təhlükəsi, bəzi xarici qüvvələrin havadarlığı ilə daxildə parçalanma təhlükəsi Azərbaycanı sanki siyasi xəritədən silinmək təhlükəsi ilə üz – üzə qoymuşdur. O dövrdə hakimiyyəti silah gücünə zəbt etmiş AXCP-Musavat cütlüyündə təmsil olunan təsadüfi, səriştəsiz insanlar Azərbaycana rəhbərlik edə bilmirdilər. Belə çətin anlarda xalqımızın bir yolu vardı. Ulu öndərimiz Heydər Əliyevi Bakıya dəvət etmək və xalqı bu bəladan qurtarmaq. Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istək, arzu və təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Azərbaycanın xoşbəxt gələcəyinin təməli atıldı. İlk öncə ölkədə qardaş qırğını təhlükəsinin qarşısı alındı, atəşkəs elan olundu, problemlər aradan qalxmağa başlandı, bir sözlə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu.
Ulu öndər Heydər Əliyev o ağır, çətin dövrdə xalqın səsinə səs verərək hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqı hansı faciələrlə üzləşəcəyini, başına hansı bəlaların gələcəyini təsəvvür etmək belə çətindir.
Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə ölkənin həm xarici, həm də daxili funksiyalarını öz üzərinə götürdü və qısa zamanda böyük inkşaf yolu keçdi. Xarici siyasətdə aparılan görüşlər, siyasi əməkdaşlıq istiqamətində əldə olunan nailiyyətlərlə yanaşı, bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan məkanında böyük iqtisadi uğurlara imza atdı. Əsrin neft kontraktı imzalandı, dünyaca məşhur şirkətlər investor kimi Azərbaycana sərmayə yatırdı, torpaq islahatı aparıldı və s. Elə bir sahə olmadı ki, həmin sahənin inkşafı istiqamətində hər hansı bir dövlət proqramı təsdiq olunmasın.
Ulu öndər Heydər Əliyev sözün əsl mənasında Lider idi. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi şəxsiyyətin formalaşmasında olan roludur. Ümummilli lider xalqa müraciətində deyirdi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”. Həqiqətən də müdrük rəhbərimizin söylədiyi kimi, Prezident İlham Əliyev ulu öndərin axıra çatdıra bilmədiyi bütün işləri başa çatdırdı, xalqa verdiyi bütün vədləri, Ata vəsiyətini yerinə yetirdi.
Məhz ulu öndərin əsasını qoyduğu müdrük, düşünülmüş siyasəti dövrün tələblərinə uyğun olaraq davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, dünyada söz sahibinə çevrilib. Artıq ölkəmiz dünyada yaranmış problemlərin həlli yollarını araşdıran bir məkana çevrilib.
Torpaqlarımızın işğaldan azad olunması Ulu Öndərimiz Heydər Əliyev siyasətinin ən parlaq təntənəsidir. Reallıq odur ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç zaman olmadığı qədər güclü, qüdrətlidir və bu günkü müasir müstəqil, qalib Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri