PDF Oxu

Siyasət

  • 2 699

Fransanın dil şousu: Korsika, yoxsa erməni? - ANALİZ

Fransanın dil şousu: Korsika, yoxsa erməni? - ANALİZ

Bu gün Fransanın Korsika adası qaynar qazanı xatırladır. Adaya həm də Avropanın gələcəyini həll edəcək hərbi-siyasi platforma kimi də baxa bilərik. İlk baxışda Korsikada baş verənləri sıradan bir hadisə kimi qəbul etmək olardı. Amma rəsmi Parisin reaksiyasından da görünür ki, korsikalıların müstəqillik tələbi müvəqqəti xarakter daşımır və bütün Avropa üçün presedent sayıla bilən təhlükəli gələcəyin anonsudur. Niyə məhz Korsika, sualının cavabı isə tarixin səhifələrində gizlənib.

Tarix və coğrafiya

Fransa ərazisi sayılan Korsika Aralıq dənizinin şimal hissəsində yerləşir. Sahəsi. 8,7 min km². Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır. Korsikada qədimdən İberiya və Liquriya tayfaları məskunlaşıb. Eramızdan əvvəl Roma, eramızın 6-8-ci əsrində isə Bizans tərəfindən işğal edilib. 1347 ildə burada Genuyanın hökmranlığı bərqərar oldu. 1729 ildə korsikalıların yadelli ağalığına qarşı üsyanı başlanıb. Kompyen konvensiyası (1764) və Versal müqaviləsinə (1768) görə Fransanın tabeliyinə keçib, 1796 ildə isə qəti olaraq ona birləşdirilib. 1942 ilin noyabrında Korsikanı italyan və alman qoşunları işğal edib. Napoleon Bonapart da Korsikadakı Ayaçço şəhərində doğulub.

Göründüyü kimi, Fransanın imperiya siyasətinin qurbanı olan Korsika 227 ildir ki, əsarətdədir. Bu müddət ərzində adada dəfələrlə üsyan qalxıb, Fransadan ayrılmaq üçün bir neçə dəfə silahlı müharibələr baş verib, amma Paris Korsikanın müstəqilliyini tanımaqdan qəti şəkildə imtina edib. Hətta üsyana qalxan korsikalılara qarşı amansız repressiya tədbirləri həyata keçirilib. Ada sakinləri Fransa cəza maşınının hər üzünü görüblər.

Əsas istiqamət – erməni xalqı və erməni dilinə hörmətlə yanaşan Azərbaycanı az qala “soyqırım”da ittiham edən Fransada bütöv bir xalqın adını və dilini qadağan edirlər.

Son hadisələr repressiya aparatının daha dəhşətli hallarını üzə çıxarıb. Rəsmi Parisin uzun illərdən ada sakinlərinə qarşı tətbiq etdiyi ayrıseçkilik bu dəfə daha amansızlığı ilə seçilib. Korsikanın yerli parlamentinin Parisin diktəsi ilə Korsika dilinin qadağan edilməsi barədə qərar qəbul etməsi əsəbləri tarıma çəkib, yerli sakinləri - korsikalıları yenidən qəzəbləndirib. Məsələ burasındadır ki, Bastiya inzibati məhkəməsi adada korsika və fransız dillərinin sənədləşmələrdə paralel tətbiqini bildirən proseduru ləğv edib. Və bununla da adadakı korsikalıların dil və ifadə azadlıqlarını məhdudlaşdırıb. Paris bunu konstitusiyanın 2-ci maddəsinə zidd olması ilə izah edib.

Fransadan Azərbaycana...

Azərbaycanda Qarabağ adlı inzibati rayon var. Bu ərazilərdə bir vaxtlar imperiya dövlətinin ucqarlarının “daha etibarlı mühafizə olunması” səbəbindən Yaxın Şərqdən, İranın cənubundan, Avropadan Hindistana qədər ərazilərdən toplayıb gətirdikləri az sayda erməni-qaraçı tayfaları yerləşdirilib. Bunu çoxsaylı tarixi mənbələr də sübut edir. Hətta Qarabağ münaqişəsi başlamazdan bir az əvvəl keçmiş Ağdərə rayonunun Marağa kəndində “ermənilərin məskunlaşmasının 150 illiyi şərəfinə ucaldılmış abidə kompleksi də sübut edir(di). Azərbaycanın Qarabağ adlanan bu ərazilərində yaşayan ermənilər heç bir tarixi qaynağı olmayan, qanunsuz şəkildə, separatçı yolla dövlətə, xalqa məxsus olanları mənimsəməyə, bu torpaqları Ermənistana birləşdirmək istədilər. Təbii ki, Azərbaycan xalqının iradəsi ziddinə olan bu addımlara qarşı sərt tədbirlər görülməli idi və görüldü. Birinci Qarabağ müharibəsində Fransa da daxil separatizmə verilən dəstək sayəsində Ermənistan Azərbaycan torpaqlarını işğal etməyi bacardı və bu “bacarıq” düz 28 il qüvvədə qaldı. Fransanın da həmsədri olduğu ATƏT-in “Minsk qrupu” 28 il beynəlxalq münasibətlər sisteminin, BMT sənədlərinin, ərazi bütövlüyü prinsiplərinin tam əksinə olaraq erməni separatçılarının istək və arzularının həyata keçməsinə yardımçı oldular. Azərbaycana 20 faizlik ərazilərindən ermənilərin xeyrinə əl çəkməsi üçün təzyiqlərini artırdılar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi belə Fransa da daxil, həmsədr ölkələri ədaləti bərpa etməyə yetərli olmadı. Çünki, Paris, Moskva və Vaşinqton beynəlxalq qanunları yox, şəxsi maraqlarını üstün hesab etdilər, onların məsələyə “xristian qardaşlığı” prizmasından yanaşması bəzi ölkələr və xalqlar arasında nizamı pozdu, xaos yaratdı, qanunlar işlək vəziyyətdən passiv duruma salındı.

Bu gün korsikalıların dilini yasaqlayan, onların milli kimliyinə təcavüz edən, bütün hüquqlardan məhrum edən, söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarını məhdudlaşdıran Fransa paytaxt Parisdən min kolometrlərlə uzaqda – Cənubi Qafqazda bir ovuc erməninin hüquqlarının müdafiəçisi rolunda çıxış etməsi gülüc doğurur. Öz gözündə tiri görməyə Fransa Qarabağda tük axtarır. Bu, əslində erməniləri müdafiə etməkdən daha çox onlar üzərindən növbəti oyunun qurulduğunu göstərir. Erməniləri müdafiə etmək, onlara dəstəkləmək Makronlu Fransanın strateji planının tərkib hissəsi ola bilər, amma bir məqsəd ola bilməz. Ermənilərin daha yaxşı yaşaması üçün onların istəyini Fransada da reallaşdırmaq olardı, erməni dilini, dinini, tarixi abidələrini,”irsi”ni qorumaq üçün uzaq Qarabağa gəlməyə ehtiyac qalmazdı və bunu öz ərazisində də edə bilərdi, müharibə, dava-dalaş olmadan.

Korsikada nə baş verir?

“Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm isə ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır. Çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır”. Bunu BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün tviter hesabında müvafiq qərarın ədalətsiz olduğunu qeyd edib.

Uzun illərdir ki, Korsika adası Fransadan müstəqillik tələb edənlərlə Paris jandarmeriyaları arasında toqquşmalara və zorakılığa səhnə olub. Fransanın 13 bölgəsindən biri olan adada 6-13 dekabr 2022-ci il tarixində keçirilən regional seçkilərdə adanın muxtariyyət və istiqlaliyyətini müdafiə edən partiyaların ortaq namizədi qazansa da, bu qələbə Fransanın hakim dairələrində, millətçilərin üstünlük təşkil etdiyi Senatda və Milli Assambleyada qəbuledilməz hal kimi qəbul edildi. Adada keçirilən seçkilərin nəticələrinə məhəl qoyulmadı. Müstəqillik tərəfdarları öz qələbələrini Fransa ictimaiyyətinin gündəminə gətirmək istəsələr də millətçilik hissləri fransızları başqa münasibət göstərməyə vadar etdi.

Bu il Korsikada baş verən zorakılıqlarda ən azı 19 nəfər ölüb. Ölənlər arasında tanınmış vəkil Antuan Sollakaro da var. Bu yaxınlarda adaya səfər edən Fransanın daxili işlər naziri Manuel Valls korsikalılara "təhlükəsizlik uğrunda mübarizənin son dərəcə qətiyyətlə davam edəcəyinə" söz verib. Korsikalıların lideri Kolonnaya həbsxanada hücum ada sakinlərini ayağa qaldırıb. Ada hələ də qaynar qazana bənzəyir. Paris zorakılığı sakitləşdirmək üçün adaya muxtariyyət verəcəyini vəd etdi. Bunun mənasız olduğunu hər kəs bilir. Korsikada 40 ilə yaxındır ki, muxtariyyət uğrunda mübarizə aparan qruplar var. Martın 2-də Milli Azadlıq Cəbhəsinin aparıcı liderlərindən biri, Korsikalı istiqlal fəalı İvan Kolonnanın saxlandığı həbsxanada bir şəxs tərəfindən boğularaq öldürülməyə cəhd edilməsi ilə başlayan gərginlik artmaqdadır. Xüsusilə, Korsika adasının Bastia bölgəsində üsyan görüntüləri var. Küçə nümayişlərində 72-si polis olmaqla 102 nəfər yaralanıb. Hadisələrdən sonra Fransanın daxili işlər naziri adaya gedərək danışıqlar aparıb və prezident Makronun adaya muxtariyyət verməyə hazır olduğunu və seçkilərdən sonra bu məsələni gündəmə gətirəcəklərini bildirib.

Strasburq Universitetinin professoru Samim Akgönül hadisələri şərh edərkən bildirib ki, 1960-cı illərdən etibarən bəzi kiçik hərəkatların separatçı və ya muxtariyyət tələbləri bütün Avropada səsləndirilməyə başladı. Amma 1970-ci illərdən 1990-cı illərə qədər soyuq müharibənin təzyiqi ilə bu cür hərəkatlar ön plana çıxa bilmədi. 1990-cı illərin əvvəllərindən etibarən bütün bu hərəkatlar zorakılıq spiralına girdi. Lakin maraqlısı odur ki, 1990-cı illərin sonlarına doğru demək olar ki, bütün Avropa ölkələri zorakılıq spiralında olanlarla bir masa arxasında oturaraq azlıq problemlərini həll edirdi. Şimali İrlandiyada oxşar hərəkat İngiltərənin baş naziri Toni Bleyerin təşəbbüsü ilə ləğv edildi, Bask bölgəsində millətçilərin hakimiyyətə gəlməsi və muxtariyyətini artırması, eynilə 2000-ci illərin əvvəllərindən Korsikada muxtariyyət çağırışlar Avropanın monolit görkəmini getdikcə zədələyirdi.

Korsika uzun əsrlər boyu pirat adası olduğu üçün adada sahil mədəniyyətindən daha çox dağ mədəniyyəti var. Dağlarda gizlənmək, dağların içindəki meşələrə girmək kimidir. 1970-ci illərdən bəri Korsikada muxtariyyət və müstəqillik arasında fərqli yanaşmalar da var. 2000-ci illərdə Korsika millətçilərinin parlamentə daxil olmasından sonra, İvan Kolonna qubernatoru öldürüb adada separatçıların qəhrəmanına çevrilənə qədər korsikalıların tələbi daha ötkəm idi, indi isə bir qədər zəifləyib.

Makron və Korsika

Makronun Qarabağ məsələsində Ermənistana verdiyi dəstəklə korsikalıların muxtariyyət tələbinə reaksiyası arasında böyük fərq olduğu açıq görünür. Bəlkə də Makron hakimiyyətdə olduğu bu müddət ərzində ilk dəfədir ki, dilemma qarşısında qalıb. Bəlkə də neçənci dəfədir ki, həm ölkəsi daxilində, həm də beynəlxalq arenada siyasi gedişlərində ciddi səhvlərə yol verir. Fakt budur ki, Emmanuel bir məsələyə eyni vaxtda iki reaksiya vermək ağırlığı altında çapalayır. Hər iki halda, yəni həm Qarabağdakı ermənilərə olan və həm də korsikalılara olan münasibətlərində fərqli yol seçmək Makronu çaş-baş salıb.
Ajaccio şəhərinin “Jardins de l’Empereur” məhəlləsində naməlum şəxslər tərəfindən məktəb talan edilib, avtomobil təkərləri yandırılıb. Yanğının söndürülməsi üçün çağırılan yanğınsöndürmə briqadası hücuma məruz qalıb. İki yanğınsöndürən və bir polis yaralanıb. Bir gün sonra başqa bir qrup, bu dəfə yanğınsöndürənlər qrupuna hücuma etiraz olaraq müsəlman məscidinə “Bura bizim evimizdir” və “Ərəblər çölə” şüarları ilə hücum edərək içəridəki Qurani-Kərim nüsxələrini yandırmağa çalışıb. Bu, Fransanın bir nömrəli mövzusuna çevrilib. Korsikanın müstəqilliyini müdafiə edənlər fransız dili ilə birlikdə korsika dilinin də rəsmi dil olması, vətəndaşlıq haqqında qanun və vergi toplama səlahiyyətinə malik tələblər irəli sürüblər. Bunu Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan simvolik lider Edmond Simeoninin oğlu və Korsika qubernatoru Klod Erinnakın qətlində mühakimə olunan İvan Kolonanın vəkili Gilles Simeoni də dəstəkləyib.

Yalnız bir millət var, o da fransız milləti...

Bu hadisələrdən sonra Fransanın Baş naziri Manuel Valls “Korsika milləti” ifadəsini rədd edərək, “Yalnız bir millət var, o da fransız millətidir” deyib. O, "Fransız dili ilə yanaşı Korsika dilinin bölgədə rəsmi dil olmasını heç vaxt qəbul etməyəcəklərini" söyləyib. 1982 və 1991-ci illərdə sosialistlərin Korsikaya verdiyi xüsusi statusu yenidən hədəf alan Valls “bölgədəki mərkəzi idarəetmənin daha da gücləndirilməsinin lazım olduğunu” ifadə edib. 1793-cü il Konstitusiyasının 1-ci maddəsində deyilir ki, Fransa “vahid və bölünməz Respublika”dır. 1958-ci ildə yenidən yazılan bugünkü Konstitusiya milli dövlətin əsasını təşkil edən məhz bu maddəni götürüb və 1992-ci ilin iyununda Avropa Şurası tərəfindən “Regional və azlıqların dilləri haqqında Avropa Konvensiyası”nın tətbiqinə dərhal reaksiya verdi. 25 iyun 1992-ci ildə Fransa konstitusiyasına dəyişiklik və aşağıdakıları əlavə edilib: Sosial Demokratların lideri Fransua Olland yenidən Parlamentdə “Avropa Regional və Azlıqların Dilləri Müqaviləsi”ni qəbul edib, lakin bu razılaşma Senat tərəfindən rədd edilib. Avropada milli dövlətlərin parçalanması, etnik və regional əsaslara söykənən dövlətlərin qurulması səyləri ABŞ layihəsi kimi gündəmə gətirilir və layihənin reallaşmasına sosial demokratlar öncülük edir.

Fransada pensiya islahatı və iğtişaşlar

Fransa Senatı ölkədə pensiya islahatının lehinə səs verməklə kütləvi etirazlara və tətillərə səbəb olub. İslahatı 195 senator dəstəkləyib, 112 nəfər isə etiraz edib. Parlamentin yuxarı palatası "uzun müzakirələrdən" sonra qərar qəbul edib. “Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlar üçün həlledici mərhələ. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq”, –baş nazir bildirib. İslahat 2030-cu ildən pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Sosioloqların fikrincə, fransızların 67%-i islahatların əleyhinədir.

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahat əleyhinə yanvar ayından bəri yeddinci ümummilli aksiya keçirilib. Ölkənin daxili işlər nazirliyinin məlumatına görə, Fransa boyu 368 min insan etiraz aksiyasına çıxıb, onlardan 48 mini Parisdə toplaşıb. Fransanın paytaxtında keçirilən etiraz aksiyalarında 30 nəfər ictimai asayişi pozduqları üçün saxlanılıb. Paris də daxil olmaqla bir neçə şəhərdə polislə toqquşmalar baş verib. Xəbər verilir ki, orada qaydanı pozanlar yürüşün marşrutu boyunca zibilləri yandırıb, həmçinin şəhərin əmlakına ziyan vurublar.

Bu arada isə məlum olub ki, Korsikada saxlanıldığı həbsxanada başqa bir məhkumun hücumuna məruz qalan İvan Kolonna adlı etirazçı komadan çıxa bilməyib və 3 həftə sonra dünyasını dəyişib. Kolonnanın zədələnməsindən sonra çoxsaylı nümayişlər keçirilib. Fransadan Korsika adasının müstəqilliyini tələb edən İvan Kolonna indi çkorsikalıların simvoluna çevrilib. Kolonnanın ölümü ilə bağlı Milli Terrorla Mübarizə Prokurorluğu əvvəllər apardığı təhqiqata yenidən baxacaq.

Bu hadisədən sonra Korsikada müxtəlif günlərdə həmkarlar ittifaqlarının çağırışı ilə çoxlu nümayişlər təşkil edilib. Nümayişlər zamanı zorakılıq baş verib və çoxlu insan saxlanılıb.

Fransanın Korsikaya muxtariyyət təklif etməsi nə deməkdir? Korsikanın müstəqillik lideri Jean-Guy Talamoni ada xalqının müstəqillik mübarizəsindən danışaraq, "Paris gec-tez bizim hüquqlarımızı tanıyacaq" deyib.

Yenə də tarix…

Korsika XVIII əsrdə millətin və dövlətin lideri Paskal Paolinin hakimiyyəti altında müstəqil dövlət idi. Gücü vaxtaşırı dəyişsə də, müstəqillik tələbləri hələ də gündəmdədir. Xüsusilə XX əsrin 70-ci illərindən adanı müstəqilliyə çağıran millətçilərdən bu gün də var. Bu çağırışın nə demək olduğunu başa düşəcək yaşda olanlar az deyil, onlar həmişə Korsikanın müstəqilliyinin tərəfdarı olublar. Korsikalıların sayı çoxdur, lakin əksəriyyətin tələbi bu istiqamətdə deyil, bu faktı qəbul etmək lazımdır. Bununla belə, sözügedən azlığın hələ də güclü dayaqları var. Və bu azlıq dünyada ədalətsizlik toxumu səpən Fransanın sonunu gətirəcək…

V.VƏLİYEV

Digər xəbərlər