Ara Vardanyan: “Paşinyan Ermənistanı növbəti məğlubiyyətə sürükləyir, müharibə uzaqda deyil”
Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin ağır sonluğundan nəticə çıxarmayaraq 2020-ci ilin noyabrından hazırkı dövrə qədər sülhün əldə edilməsi yönündə başladılmış prosesi bu və digər şəkildə pozmaq cəhdləri ilk növbədə erməni xalqını, həmçinin bütövlükdə ölkəni ağır və çıxılmaz vəziyyətə doğru aparmaqdadır.
“Nikol Paşinyan erməni tərəfinin 44 günlük müharibədə məğlub olması üçün nəhəng iş görüb”

Təbii ki, bu gün erməni cəmiyyətinin daxilində də belə bir fikir formalaşmağa başlayır ki, əgər Paşinyan mövcud siyasətini davam etdirərsə növbəti müharibə qaçınılmaz olacaq. Fakt budur ki, erməni baş nazir nəinki irəli sürülən sülh təkliflərinə qarşı əsassız iddialar qoyur, o eyni zamanda məğlub durumda olmasına rəğmən, hər-hansı şərtlərlə çıxış edir, bu vasitə ilə Azərbaycanın səbrini tükəndirir. Məhz bu səsəbdən erməni ictimai-siyasi rəyi artıq müharibənin qapılarının astanasında olduğunu istisna etmirlər.
“Ermənistanın baş naziri Nikol Paşinyan erməni tərəfinin 44 günlük müharibədə məğlub olması üçün nəhəng iş görüb”. SİA xəbər verir ki, bu sözləri Ermənistanın tanınmış ictimai xadimi Ara Vardanyan verelq.am saytına müsahibəsində bildirib.
Nikol Paşinyanın 5 il əvvəl Azərbaycan Prezidenti ilə Düşənbə görüşünü xatırladan Vardanyana görə...
Vardanyan əslində həmin işin illər əvvəl başlandığını deyib. Hələ 2018-ci ildə Düşənbədə keçirilən beynəlxalq tədbir zamanı tərəflərin bir-birinə atəş açmayacaqları ilə bağlı şifahi razılığa gəldiklərini xatırladan Vardanyan onu da qeyd edib ki, həmin görüşdən sonra həqiqətən də bir müddət atəşkəs rejiminə riayət olundu. Bu görüşdən keçən 2 ildə isə Azərbaycan silahlanmaqla, mövqelərini möhkəmləndirməklə işini davam etdirdi. Belə ki, bütün təmas xətlərində fəal şəkildə mühəndis-istehkam işləri aparıldı və s.
Vardanyan buna baxmayaraq, Paşinyanın müharibənin hər an baş verə biləcəyi faktından uzaq olduğunu da deyib və bildirib ki, müharibəyə hazırlıq yerinə erməni baş naziri peşəkar hərbçilərə qarşı cinayət işləri açdırır, orduda qəbuledilməz dəyişikliklər həyata keçirirdi.
“Hazırkı proseslər təəssüf ki, məğlubiyyətə hazırlıqdır. Yeni müharibə isə heç də dağların arxasında deyil”.
Erməni ictimai xadimi hazırda da eyni situasiyanın davam etdiyini bildirib. SİTAT: “Hazırkı proseslər təəssüf ki, məğlubiyyətə hazırlıqdır. Yeni müharibə isə heç də dağların arxasında deyil”.
Vardanyan təmas xətlərində baş verən silahlı insidentləri misal gətirərək bildirib ki, əgər müharibə başlasa onun proqnozlarına görə, zərbə altında nəinki Sünikin (Zəngəzur) , eləcə də digər tarixi Qərbi Azərb aycan torpaqlarının - Geqarkunikin (Basarkeçər),Vayotdzorun (Dərələyəz), Tavuşun (Qazaxın tarixi əraziləri) da Azərbaycana geri dönəcəyini deyib.
Rövşən RƏSULOV