PDF Oxu

Siyasət

  • 1 559

X Qlobal Bakı Forumu: Nüfuzlu Beynəlxalq Platforma ŞƏRH

X Qlobal Bakı Forumu: Nüfuzlu Beynəlxalq Platforma ŞƏRH

Mart ayının 9-da Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəçiliyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilmişdir. Konfransda iştirak edənlərin sayı və 60-dan artıq ölkənin təmsil edilməsi baxımından bu forumu Nüfuzlu Beynəlxalq Platforma hesab etmək olar. İştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı foruma samballı dəyər verilməsinə stimul yaratmışdır.

X Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin açaraq qonaqları salamlamış və qeyd etmişdir ki, “Biz ağır bir zəmanədə yaşayırıq. Bu gün görürük ki, müharibələr daha da artır və burada müxtəlif siyasətlər, siyasi həllər zəruri xarakter daşıyır. Buna görə də lazımdır ki, insanlar bir araya gəlsin, icmalar bu işdə iştirak etsin və əslində tarixdən götürülmüş dərslər bundan sonra da bir daha nəzərdən keçirilsin.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində çıxış edib. Çıxışda qeyd edilmişdir ki, “Əminəm ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer olan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək. eni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrına təsadüf edən, burada – “Gülüstan ” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada , beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.”

Forumda Latviya Respublikasının Prezidenti Egils Levits, Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa kimi ictimai-siyasi xadimlərin çıxış etməsi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun videomürciətinin dinlənilməsi, həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Matterellanın və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın Baş naziri Rişi Sunakin məktublarının oxunması sübut etdi ki, X Qlobal Bakı Forumu artıq nüfuzlu Beynəlxalq Platformaya çevrilmişdir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər