PDF Oxu

Siyasət

  • 2 563

"Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" FOTOLAR

"Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" FOTOLAR

Ağdam rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" çərçivəsində Ağdam rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib.

Konfransda Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, tarix üzrə fəlsəfə doktoru, professor Azad Bayramov, YAP fəalları, hüquq mühafizə orqanlarının rəhbərləri, Ağdam rayonundan olan elm adamları və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, böyük ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağdam rayon İcra Hakmiyyətinin başçısı Vaqif Həsənov, tarix üzrə fəlsəfə doktoru, professor Azad Bayramov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər natiqlər Ulu Öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimizin və müstəqilliyimizin böyük bir fəlakətdən xilas olmasından, Ulu Öndərin hər zaman milli ideologiyanı və azərbaycançılıq məfkurəsini hər şeydən üstün tutmasından, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gündən-günə inkişaf etməsindən geniş söhbət açıblar.

Zümrüd Bayramova

Digər xəbərlər