PDF Oxu

Siyasət

  • 3 046

Erməni cəməyyəti psixoloji quyuya düşüb ŞƏRH

Erməni cəməyyəti psixoloji quyuya düşüb ŞƏRH

Vahe Ovannisyan: “Adətən, belə quyulardan çıxmaq mümkün olmur”

Erməni analitiki “Alternatib layihələr” qrupunun eksperti Vahe Ovannisyan baş nazir Nikol Paşinyanın siyasətini hədəfə alan və sərt tənqid edən siyasətçilərdən biridir. Xüsusilə, son proseslər mövzusunda Paşinyanın ölkənin maraqlarını məhvə doğru sürükləməkdə ittiham edən Ohannisyan danılmaz faktı dilə gətirib. SİTAT: “Ermənistanın dövətçiliyi sual altındadır. Bu, təəccüblü görünsə də, faktdır”.

Maraqlıdır ki, erməni eksperti yalnız Paşinyanı deyil, həm də parçalanmış erməni ictimai rəyini də ittiham edib və baş verənlərdə erməni xalqının da günahının az olmadığını dilə gətirib. SİTAT: “Bütün bunlar bizim səhvlərimiz səbəbindən yaşanır. Biz fəlakəti elə şəkildə gözləyirik ki, başqa xalqların hava limanlarında təyyarə gözlədikləri kimi”.

Vahe Ovannisyan Ermənistanın sözdə “müstəqil ölkə” kimi adlandırıldığını, lakin gerçəklikdə suveren olmadığını etiraf edib. Onun sözlərinə görə, 30 illik dövlətçilik Ermənistana və xalqa heç nə verməyib. “Bizə nə dövlətçiliyin qavranılması, nə dövlət müəssisələrinin fəaliyyəti, nə şəxsiyyətlik kimi ifadələr heç nə vermədi. Buna inanmaq olmasa da, bu, bir faktdır!”

Erməni eksperti vəziyyətin kritik həddə çatdığını və artıq çox gec olduğunu da ifadə edib. “Erməni cəmiyyəti bu gün psixoloji quyuya düşüb. Adətən, belə quyulardan çıxmaq mümkün olmur”.

Rövşən RƏSULOV

Digər xəbərlər