PDF Oxu

Siyasət

  • 1 681

İsrail TV kanalından Qarabağla bağlı diqqətçəkən iddia ŞƏRH+TƏCİLİ!

İsrail TV kanalından Qarabağla bağlı diqqətçəkən iddia ŞƏRH+TƏCİLİ!

I24 kanalı Türkiye Gazetesi-nin məlumatını şərh etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Ermənistan və Rusiyanın vasitəçiliyi ilə silahlılarını Qarabağa sızdıra bilərlər. Bu barədə İsrailin ingilisdilli I24 telekanalının analitik məqaləsində bildirilir. Türkiye Gazetesi nəşrinin daha əvvəl bu haqda verdiyi məlumatını şərh edən kanal da qeyd edib ki, İranla Ermənistan arasındakı sıx münasibətlər nəzərə alınarsa, müxtəlif şiə qruplaşmalarına məxsus silahlıların gizli qaydada erməni əhalisinin yaşadığı separatçı anklava atılacağını istisna etmək olmaz.

“İnamla ehtimal etmək olar ki, İİKK Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin dəstəyi ilə öz fəaliyyətlərini koordinasiya edib Qarabağa sızmaq imkanını əldə edəcəklər”

İddiaya görə, bunun üçün torpaq yollardan istifadə ediləcək ki, ermənilər həmin yolları anklava silah daşımaq üçün istifadə ediblər. O da bildirilir ki, Rusiya İranın əsas müttəfiqidir və İran Ermənistanla olan yeganə yola nəzarət edir.

Bildirilir ki, bu məsələdə Azərbaycan ərazilərində qalan separatçılar da rol alırlar.

Daha bir məlumata görə, İran və Rusiya Ukraynada davam edən müharibə sayəsində öz əlaqələrini gücləndiriblər. “İnamla ehtimal etmək olar ki, İİKK Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin dəstəyi ilə öz fəaliyyətlərini koordinasiya edib Qarabağa sızmaq imkanını əldə edəcəklər”, deyə yazan İsrail TV kanalı nəticədə bu qüvvələrin Azərbaycana qarşı əməliyyatlar keçirə biləcəyini də istisna etməyib.

Rövşən RƏSULOV

Digər xəbərlər