PDF Oxu

Siyasət

  • 3 817

Ulu öndər Heydər Əliyev dahi sərkərdə və dünyaşöhrətli siyasətçidir ŞƏRH

Ulu öndər Heydər Əliyev dahi sərkərdə və dünyaşöhrətli siyasətçidir ŞƏRH

“Respublikamız artıq böyük bir dövlətdir. Bu dövləti biz öz gücümüzlə, vətənpərvər insanların gücü ilə qoruyuruq və qoruyacağıq”.

Heydər Əliyev

Tarixi şəxsiyyətlər heç vaxt unudulmur, ancaq nadir tarixi şəxsiyyətlər yaddaşlarda əbədi qalır. Onlar təkcə öz xalqının deyil, bəşəriyyətin əvəzsiz inciləridir. Sözün əsl mənasında, dünyada həyat həmin insanların çiyinləri üstündə durur.

Azərbaycan xalqı Heydər Əliyev kimi lideri, siyasətçisi və filosofu olduğu üçün daim fəxr edir və əbədi olaraq edəcəkdir. Ulu öndər Heydər Əliyev haqqında çox yazılır və yazılacaq da. Nə qədər yazsaq da ulu öndər haqqında deyilər sözlər bitməyəcək. Onun siyasi irsinin təhlili davam edir və davam edəcək.

Heydər Əliyevin həyatımızın müxtəlif sahələrinə işıq salan fəlsəfi fikirlər və aforizmlər çoxdur. Bu kəlamlar bir çox ziyalılarımız tərəfindən toplanıb çap edilmişdir – “Aforizmlər”(Bakı, 1997, “Azərbaycan Universiteti”), “Müstəqillik yolu” (Bakı, 1997, “Azərbaycan Universiteti” ), “Quotations, афоризмы, aforizmlər” (prof. S.Xəlilov tərəfindən toplanmış və dərc edilmiş). Heydər Əliyev tərəfindən deyilmiş aforizmlər bizim söz xəzinəmizə çevrilib.

Heydər Əliyevin siyasətçi-filosof olması onun dediyi fikirlərdə öz əksini tapır. 1980-ci illərdə Şamaxı-İsmayıllı yol ayrıcılığında “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” kəlamı iri hərflərlə yazılmışdır. 1987-ci ildə Heydər Əliyev M.Qorbaçov tərəfindən istefaya göndərilən bu sözləri silə bilmədilər, ancaq “Heydər Əliyev” adını rənglə ağardıldı. Yəni deyilən kəlam atalar sözünə çevrildi.

İnsan fəaliyyətində dahi insanların, filosofların tərəfindən deyilən kəlamlar böyük rol oynayır. Bu kəlamlar insan həyatını dəyişir, həyatda düzgün mövqe tutmağa kömək edir. Heydər Əliyev tətəfindən deyilən kəlamlar, sitatlar həyatımızın boşluqlarını doldurur, düzgün istiqamətə yönəlməyə kömək edir.

Ulu öndər Heydər Əliyev eyni zamanda böyük siyasətçi idi. Onun çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünü bir çox öndə gedən dövlət başcılarına nümumə oldu.

Dövlət quruculuğuna başlamazdan öncə Heydər Əliyev ölkəni böhran sistemindən çıxartdı, siyasi stabillik yatadı. Heydər Əliyev tərəfində görülən işlərə nəzər salsaq, görərik ki, bu hadisələr sanki bir naxış kimi sıraya düzülb və bunlardan birinin yeri dəyişsə naxış pozular. Buradan Heydər Əliyevin nece böyük siyasətci-filosof olduğu bilinir. Möhkəm dövlət quruculuğuna nail olmaq üçün proseslərin hansı sırayla aparılmasını bilmək, baş verilə bilən hadisələri qabaqcadan görmək və qarşısını almaq bacarığı yalnız böyük siyasətçi düşüncəsidir.

Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə Heydər Əliyev öz çıxışında demişdir (22 sentyabr 1993-cü il): “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir.”

Bəli, artıq xalqımız güclü, iradəli addımlarla irəliləyir. Qalib xalq kimi qürurla addımlayır. Çünki bu xalqın Heydər Əliyev kimi böyük siyasətçinin davamcısı olan İlham Əliyev kimi lideri var.

Gənclərin milli-mənəvi dəyərlər və hərbi vətənpərvərlik ruhunda formalaşmasında aparılan gənclər siyasətinin böyük rolu vardır.

Heydər Əliyev ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayında (9-10 noyabr 2001-ci il) azərbaycançılığı milli dövlət ideologiyası kimi təsdiq etdi və onun tərifini verdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli –mənəvi dəyərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və bir insanın inkişafının təmin olunması deməkdir!”

Heydər Əliyev: “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.” (Fransanın həftəlik “Puan” jurnalının müxbirinə müsahibəsindən, Paris, 14 yanvar 1997-ci il)

Bir azərbaycan vətəndaşı olaraq, xalqını və vətənini sevən vətəndaş olaraq hər birimizin bu deyilmiş kəlamı heç vaxt unutmamaq və deyilən vəsiyyəti yerinə yetirməkdir. Özlərinin xeyirxah işləri və vətənpərvərliyi ilə yadda qalan yalnız dahilərdir, igid sərkərdələrdir, xalqını ölkəsini sevənlərdir.Belə şəxslər əbədi yaşayırlar və unudulmurlar. Qədirbilən xalqımız dahi insan Heydər Əliyevi heç vaxt unutmayacaq. Heydər Əliyevin arzuları reallaşıb, Qarabağımız düşmən əlindən Zəfərlə alındı.

Şəhla Xəlilova

YAP Yasamal rayon Elm Və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər