Nəsimi rayonu, 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyin ərazisində sakinlərlə qəbul keçirilib. Qəbulda rayon icra hakimiyyətinin başçısı, rayon üzrə yerli təşkilatın sədri və MirCəlal, Cavadxan, Asif Məhərrəmov, 20 Yanvar, Hüseyn Seyidzadə küçələrinin əhatəsində yaşayan sakinlər iştirak ediblər.
4-cü mikrorayonda rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda sakinlərdən Abilova Nəzakət, Amalova Arzu, Hüseynova Səadət, Nəsibova Qumru, Səmədova Samirə, Vəliyev Bilal, Məmmədova Xədicə, Abdullayev Pərviz, Hüseynov Əli, Əhmədova Elnarə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, dam örtüyünün, kanalizasiya xəttinin təmiri, binada giriş qapılarının yenilənməsi, məhəllədaxili yolun asfalt örtüyünün təmiri, özəl obyektlərin fəaliyyəti, yaşayış üçün yararsız olan evlərdən ibarət məhəllələrin sökülərək yenidənqurulmasının vacibliyi barədə müraciətlər edib, təkliflər irəli sürüblər.
Qəbulun gedişində Prezident Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunub. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanıb.
Qəbul zamanı sakinlər müraciətlərlə yanaşı, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Prezident Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nəzakət Ələddinqızı