PDF Oxu

Siyasət

  • 2 969

“Fransada islamofobiya dövlət səviyyəsində təhdid olunma dərəcəsinə qaldırılır” - MÜNASİBƏT

“Fransada islamofobiya dövlət səviyyəsində təhdid olunma dərəcəsinə qaldırılır” - MÜNASİBƏT

“Hazırda Fransada 5 milyondan çox müsəlman yaşayır. Bu ölkədə müsəlmanlar özlərini ikinci sort insanlardan olduqlarını sanırlar. Hətta Fransa onları dövlətçiliyə münasibətdə separatizmdə qınayır, ölkədəki kriminogen duruma görə məhz onların məsuliyyət daşıdıqlarını bəyan edirlər”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Fransada hicablı qadınların hüquqları addımbaşı pozulur, onların dövlət, xüsusilə təhsil müəssisələrində çalışmalarına məhdudiyyətlər yaradırlar: “Multikultural dəyərlərə ehtiramla yanaşılan Fransada islamofobiya dövlət səviyyəsində təhdid olunma dərəcəsinə qaldırılır, islam dünyasının müqəddəs əmanətlərinə münasibətdə sayğısızlıq hökm sürur, dini etiqad azadlığının insan haqlarının ayrılmaz tərkib hissəsi sayılan Fransada mətbu orqanlarında islam müqəddəslərinin şəxsiyyəti məsxərəyə qoyulur, islam peyğəmbərini, əslində isə on milyonlarla müsəlmanları aşağılayan karikaturalar çoxmilyonluq nəşrlərlə tirajlar. Neomüstəmləkəçiliyin ab-havasından beyinləri dumanlaşmış Fransız siyasətçilərinin bir qismi sanki bilərəkdən Avropa və müsəlman ölkələrini sivilizasiyaların qarşıdurmasına sürükləyirlər. Fransa cəmiyyətindəki islamofobiya sonda Azərbaycanın ən ağrılı problemi olan Qarabağ ətrafındakı danışıqlara da təsirsiz ötüşməyib. Fransa illərdən bəri bu problemə ikili standartlar çərçivəsində yanaşıb xristian təəssübkeşliyi ilə bağlı mövqeyini heç gizlətməyib də”.

E.Manafov onu da bildirdi ki, Ermənistanla bacı dövlət sayılan Fransa illərdən bəri Qarabağ probleminin ədalətli həlli çərçivəsində danışıqlarda əyləc mexanizmi rolunda çıxış etmiş, erməni diasporunun dəstəyi və göstərişi ilə Azərbaycanı demokratik inkişaf yolundan kənara çıxmaqda suçlamışdır: “Bu isə dövlət və cəmiyyətimizdə Fransaya münasibətdə adekvat mövqe və baxışların formalaşmasına səbəb olmuşdur. Artıq 15 mart BMT Baş Assambleyası tərəfindən islamafobiyaya qarşı mübarizə günü elan olunmuşdur. Düşünürük ki, islamafobiyanın geniş ampluada yayılmasında Fransanın özüməxsus rolu olduğundan Fransız islamafobiyanın təsir imkanları ayrıca tədqiqat obyekti olmalıdır”.

GÜLYANƏ

Digər xəbərlər