Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatında silsilə tədbirlər keçirilir.Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatında “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə şəhid ailə üzvləri, YAP Şuşa rayon təşkilatının əməkdaşları, bir qrup ərazi Partiya təşkilatının sədrləri və Partiyanın fəal üzvləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev qonaqları salamlayaraq, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasəti barədə ətraflı məlumat verib.O qeyd edib ki, həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən, gənclərdən ibarət olan müzəffər ordumuz 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad edib.” Azərbaycanda bu gün Ümummilli Liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.”
Daha sonra çıxış edənlər Ulu Öndərimizin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki titanik fəaliyyəti haqda geniş məlumat veriblər. Tədbirin sonunda Partiyanın üzvü olaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup ərazi Partiya təşkilatının sədrlərinə və gənc fəallara Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının Fəxri fərmanları təqdim edilmişdir.