PDF Oxu

Siyasət

  • 1 947

Azərbaycan Almaniya siyasi -iqtisadi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Azərbaycan Almaniya siyasi -iqtisadi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın hazırda Avropa ölkələri ilə münasibətlər kontekstində tutduğu mövqeyi daha da möhkəmləndirib. Dövlət başçısının səfəri Almaniyada rəhbər və işgüzar dairələrin Azərbaycanla əməkdaşlığın gücləndirilməsinin üstünlüklərini öyrənmələri üçün unikal imkana çevrildi. Azərbaycanın maraqları Almaniyanın beynəlxalq münasibətlər sistemində bariz əhəmiyyəti, Aİ-də rolu və iqtisadi imkanları ilə diktə olunur. Əlbəttə, görüşlər ərzində müzakirə olunan hər bir mövzu əhəmiyyət kəsb edir, lakin iki əsas element var ki, ikitərəfli münasibətlərin gələcəyi və Almaniyanın regional xarici siyasətində fokus olaraq Azərbaycanın əhəmiyyətinin niyə artacağını anlamaq baxımından bunları qeyd etmək lazımdır. Almaniya özünün ölçülərinə, sənaye və innovasiya potensialına və digər faktorlara görə Avropa İttifaqında mühüm iştirakçılardan biridir. Aİ-nin sənaye və iqtisadi mərkəzi olan ölkə xarici siyasətin əsas vasitəsi olaraq digər dövlətlərlə əməkdaşlığın inkişafına yönəlib. Tərəfdaşlara qarşılıqlı hörmət və beynəlxalq əməkdaşlıq vasitəsilə maraqların qorunması kimi liberal prinsiplərə və dəyərlərə əsaslanmış praqmatik yanaşma Almaniyanı çox məhdud zaman müddətində dünya iqtisadiyyatının əsas iştirakçısına çevirib. Bu tendensiya bu gün də davam etməkdədir. Ölkədə istehsalatın həcmi əhəmiyyətli dərəcədədir, lakin lazımi resursların təminatı və istehsalat məhsullarının satışı kimi iki maneə yaradır ki, Berlin bunları aradan qaldırmalıdır.Uzun müddət ərzində Berlin Moskva ilə yaxşı münasibətlərə malik olub, belə ki, Moskva Almaniyanın şərq bazarlarına və əsas enerji tədarükçülərinə çıxış qapısı olub. Lakin Almaniyanın sınanmış fəaliyyət metodlarından istifadəsinə imkan verməyən geosiyasi faktorlardakı dəyişiklik səbəbindən vəziyyət mənfiyə doğru dəyişib. Bu, Berlini yeni istiqamət alaraq digər mümkün variantlar axtarmağa sövq edir.Vəziyyətə yuxarıdakı nöqteyi-nəzərdən baxdıqda Almaniyanın xarici siyasət strategiyası kontekstində Azərbaycanın əhəmiyyətinin artmasının səbəbləri aydın olur. Almaniyanın birinci marağı ölkənin və onun avropalı tərəfdaşlarının enerji təhlükəsizliyinin təminatıdır, belə ki, bu, Almaniyanın gələcək iqtisadi inkişafının təminatı üçün zəruridir.Azərbaycan artıq ölkənin neft-qaz ixracatçısından elektrik enerjisi istehsalçısı və ixracatçasına çevrilməsindən xəbər verən yeni enerji paradiqmasına keçid edib. Azərbaycanın digər ölkələrlə müqayisədə əlavə üstünlüyü ölkədə artıq yaşıl enerjinin inkişafına yönəlmiş layihələrin başlaması və enerji nəqli üçün mühüm infrastrukturun mövcud olmasıdır.Energetika və “yaşıl enerji” ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniyanın müxtəlif biznes və hakimiyyət nümayəndələri arasında müzakirə mövzularından biri olub.Dövlət başçısı biznes nümayəndələri ilə görüşdə Azərbaycanın Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla yanaşı, “yaşıl enerji” zonasına çevirməyi planlaşdırdığını bildirib. O, həmçinin, boru kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinin Avropada artmaqda olan enerji tələbatına cavab olaraq həyata keçiriləcəyini əlavə edib. Dövlət başçısı TANAP-ın ötürücülük qabiliyyətinin 16 milyard kubmetrdən 32 milyard kubmetrədək, TAP-ın ötürücülük qabiliyyətinin isə 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsinin planlaşdırıldığını vurğulayıb. Prezident İlham Əliyevin Avropanın enerji təhlükəsizliyinin təminatına yanaşması Almaniya üçün xüsusən dəyərlidir, belə ki, Avropa ölkələrinə kifayət həcmdə enerji tədarükü onların iqtisadiyyatının təhlükəsizliyini təmin edəcək. Avropa ölkələrinin iqtisadiyyatının inteqrə olunmuş xarakteri səbəbindən Almaniyanın iqtisadi inkişafı digər ölkələrin tərəqqisindən asılıdır və Azərbaycan növbəti dəfə bu işə töhfə veməyə hazır olduğunu ifadə edib. ”Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən Rumıniyaya çatdırılmağa başlanmışdır. Bu ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Biz hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq. Bizə sifariş edən ölkələr sırasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var”, - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxışında deyib.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər