Siyasət

  • 3 413

Şuşada şəhid ailələri ziyarət edilib FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları Novruz bayramı münasibətilə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ziyarət olunub. Fəallar Vətən müharibəsinin şəhidləri Cəfərov Zaur Hüseyn oğlunun, Həsənov Nurlan Nadir oğlunun,Allahverdiyev Allahverdi Əli oğlunun və Ramazanlı Əlizamin Umud oğlunun ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsini yad ediblər. Görüşlər zamanı bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı.

Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

Digər xəbərlər