Siyasət

  • 3 549

Azərbaycan ulduzu Avropada parıldayır ŞƏRH

image

Azərbaycanın xarici siyasətinin xüsusiyyətlərindən danışarkən beynəlxalq, regional və dövlətlərarası münasibətlərin inkişaf tendensiyasına uyğun çevik, praqmatik və balanslaşdırılmış siyasət aparılmasını, dünya siyasətinə nəzərəçarpacaq təsir göstərən aparıcı dövlətlərlə tərəfdaşlığın təşviqi və Azərbaycanın maraqlarının onların maraqları ilə uzlaşdırılmasının zəruriliyini, qonşu dövlətlərlə münasibətlərin yaradılmasına üstünlük verilməsi kimi mühüm amilləri xüsusilə qeyd etmək lazımdır. Sovet İttifaqının dağılmasından və Azərbaycanın müstəqillik qazanmasından sonra ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri də Qərb dövlətləri və Avratlantik strukturlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi idi. Azərbaycanın Qərb dövlətləri ilə münasibətlərinin ilkin təməlləri Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin səyləri nəticəsində baş tutmuş “Əsrin müqaviləsi”nin imzalanması, Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin reallaşdırılması və daha sonra isə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin tikintisi idi. Bu iki əsas layihə Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığı üçün ilkin yolu açdı. Enerji münasibətlərindən başqa, Azərbaycanın Aİ ilə əməkdaşlıq siyasəti həm də ölkənin iqtisadi cəhətdən modernləşdirilməsi, demokratikləşməsi, rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması üçün vacib imkanlar vəd edirdi. Buna görə də Azərbaycan Aİ-nin “Avropa Qonşuluq Siyasəti” və “Şərq tərəfdaşlığı” proqramlarına qoşuldu. Bu təməlin davamlı inşası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Dünyada gedən müəyyən proseslərə ciddi tövhə verən dövlətimizin Başçısı, beynalxalq aləmdə Azərbaycan dövlətinin nüfüzunu yüksək səviyyədə artırmaqdadır. Ai-nın və dünyanın aparıcı dövlətlərindən olan Almaniya Federativ Respublikası Azərbaycanla qarşılıqlı maraq dairəsindədir. Azərbaycanın müstəqilliyi 1992-ci il yanvarın 12-də Almaniya tərəfindən tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il fevralın 20-də qurulub. Azərbaycanın Almaniyadakı səfirliyi 1992-ci il sentyabrın 2-də, Almaniyanın Azərbaycandakı səfirliyi isə 1992-ci il sentyabrın 22-də açılıb. İki ölkə arasındakı tərəfdaşlıq müsbət dinamika üzrə hərəkət edir və daha da yüksək inkişaf potensialına malikdir. Azərbaycan və Almaniya arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa birliyinə inteqrasiyası prosesində mühüm tərkib hissəsidir. Hər iki dövlət rəhbərlərinin tarixin müxtəlif vaxtlarında qarşılıqlı səfərləri bu gün də davam etməkdədir.

Cari ilin, Martın 13-14 də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlətimizin başçısı Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə, o cümlədən Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub bir sıra mühüm görüşlər keçirilib. Ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illik yubileyini nəzərə alaraq, ikitərəfli əməkdaşlığın dinamikasının artmasına dair pozitiv fikir mübadiləsi aparılmışdır. Azərbaycanı həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaş sayan Alman rəsmiləri və iş adamları, Azərbaycan və Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəklərini bildirmiş, bu istiqamətdə ikitərəfli iqtisadi münasibətləri nəzərə alaraq geniş müzakirə aparmışlar. Görüşlərin əsas mövzulardan - Azərbaycan və Ermənistan arasında post-müharibə dövründə sülh müqaviləsinin bağlanması, Azərbaycanın həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatına verə biləcək tövhə və eyni zamanda, bərpaolunan enerji üçün böyük potensialı mövcudluğu məsələləri idi.

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri cənab Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı, cənab Prezidentimiz bəyanatında aktual məsələrlə toxunulub. İlk olaraq Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədə olduğunu vurğulayaraq dövlətimizin Başçısı keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun sürətli və vaxtında icrası, Avropa məkanına qaz ixracatımızın artımı, bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanların olması, Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı, ölkəmizin biznes imkanlarının genişliyi bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

Ali Baş Komandanın regional təhlükəsizlik məsələlələsinə toxunaraq, Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı Almaniyanın mətbuat nümayəndələrinə xüsusi bildirdi: ”Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur. Onu da bildirməliyəm, əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq. İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır".

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində beynəlxalq həyatda baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun gələn yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi kimi son dərəcə mühüm vəzifəni ön plana çıxardı. Azərbaycanın dünya dövlətləri tərəfindən ardıcıl tanınması və diplomatik münasibətlərin qurulması onun dünya birliyinə sistemli inteqrasiyasına geniş yol açmışdır.

Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ilə sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin həllində xarici siyasət fəaliyyətinin rolu kəskin şəkildə artmış və həlledici əhəmiyyət kəsb etmişdir.

Demokratik cəmiyyət və bazar iqtisadiyyatını quruculuq yolunda strateji inkişaf xətti kimi seçmiş Azərbaycan Respublikası dünya təcrübəsində sınaqdan keçirilmiş ümumbəşəri dəyərlərdən səmərəli istifadə etməyə, qabaqcıl texnologiya və maliyyə imkanlarını cəlb etməyə çalışır, inkişaf etmiş ölkələrlə, onun geniş iqtisadi imkanlarına təkan vermək üçün onlarla qarşılıqlı faydalı əməkdaşlıq qurur.

Hər bir dövlətin xarici siyasət prioritetlərinin düzgün müəyyən edilməsi onun öz milli maraqlarını, ölkəni əhatə edən qonşu və regional dövlətlərin imkan və mövqelərini, dünya siyasətinin və beynəlxalq münasibətlərin mahiyyətini və reallıqlarını, maraq dairələrini düzgün qiymətləndirməsindən, planetdə birgəyaşayış normalarını müəyyən edən aparıcı dövlətlərin, beynəlxalq təşkilatların, güc mərkəzlərinin təsirini nəzərə alaraq, onlara təsir imkanlarından asılıdır. Azərbaycan Resrublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələrin həllində, Azərbaycan xalqının başını hər zaman uca tutaraq, dövlətimizin qüdrətinin gün bə gün artmasında layiqli və gürürverici zəhməti vardır.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər