Siyasət

  • 3 407

Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində növbəti görüş keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Pirəyir kənd ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində partiya fəalları ilə görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidllərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Pirəyir kənd ərazi partiya təşkilatın sədri Kəmalə Kərimova ulu öndərin həyat və fəaliyyəti haqqında danışıb, xalqımızın öz xilaskarını heç zaman unutmayacağını bildirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan naminə misilsiz işlər gördüyünü və ömrünü Azərbaycan xalqına xidmətə həsr etdiyini vurğulayıb.

Partiya fəallarından Aytən Abışova və Lalə Abdullayeva çıxışlarında Yeni Azərbaycan Partiyasının banisi, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizdə hər bir sahənin inkişafında yüksək xidmətləri olduğunu qeyd ediblər. Partiya fəalları bildiriblər ki, ölkəmizin gələcək inkişafı naminə ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında hər zaman birləşəcək və öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklər.

Sonda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim olunub.

Digər xəbərlər