PDF Oxu

Siyasət

  • 2 760

Azərbaycanın mədəni irsini tanıdan Birinci vitse-prezidenti Mehriban Əliyeva ŞƏRH

Azərbaycanın mədəni irsini tanıdan Birinci vitse-prezidenti Mehriban Əliyeva ŞƏRH

Tarix boyu hər bir xalqın əsas milli bayramı var. Azərbaycanda belə əlamətdar bayram Novruz bayramıdır. Milli adət-ənənələrimizə söykənən Novruz bayramını Azərbaycan mədəniyyətinin təməl daşlarından biri adlandırmaq olar. Novruz bayramı həm astronomik hadisəyə, həm də qədim zamanlardan bəri yeni illik dövrün başlanğıcına işarə edən bayramdır. Tarixi minilliklərə gedib çıxır və müxtəlif ideologiyaların və dinlərin güclü təsirinə baxmayaraq, bu gün də Azərbaycanda Novruz bayramının əsas mənaları və atributları qorunub saxlanılıb.

Bu bayram sevinc və əyləncə dolu, parlaq, rəngarəng bayramdır. Onun mahiyyəti hər zaman xeyirxahlıq və sevgi olub və bu gün də davam edir. Novruz bayramı müxtəlif təbəqələrdən olan insanları bir araya gətirir, cəmiyyətdə qarşılıqlı hörməti, anlaşmanı və sülhü möhkəmləndirir. Bu bayram günlərində ehtiyacı olanlara göstərilən mərhəmət onu daha da əzəmətli edir və Azərbaycanda bu ənənə solmazdır. Keçən əsrdə Azərbaycanda və eləcə də bir sıra Orta Asiya respublikalarında Novruz bayramı dini mənşəli olması səbəbindən sovet hakimiyyəti tərəfindən qəti şəkildə xoş qarşılanmardı və qadağa olunurdu. Lakin, heç bir qadağalar insanları sevimli bayramlarından imtina etməyə məcbur edə bilməzdi. Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir vaxtda Novruz bayramı bütün məna və simvolları ilə xalqımızın tarixi-mədəni irsə dərin bağlılığını əyani şəkildə nümayiş etdirir.

Məhz Azərbaycanın təşəbbüsü ilə bu bayram dünya səviyyəsində qeyd olunmağa başladı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində 2009-cu ilin oktyabrında Əbu-Dabidə keçirilən UNESCO -nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində, Novruz bayramı çoxmillətli irs kimi UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Ərizə Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə və Özbəkistan tərəfindən təqdim olunub. 2010-cu il fevralın 23-də isə BMT-nin Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü kimi tanıyıb. Bir vaxtlar BMT-nin keçmiş baş katibi Pan Gi Mun bu bayramın təbiətlə harmoniya, insan həmrəyliyi və yeni başlanğıcları simvolizə etdiyini vurğulamışdı. “Bunlar iqlim dəyişikliyi problemlərini həll etmək, yoxsulluqla mübarizə aparmaq və uzun müddətdir davam edən münaqişələri həll etmək üçün bizə lazım olan dəyərlərdir” - deyə Pan Gi Mun bildirmişdi. Bu hadisə Azərbaycanın bu qurumdakı ardıcıl fəaliyyətinin, eləcə də ölkənin ali rəhbərliyinin təhsilə, elmə, mədəniyyətə xüsusi diqqətinin nəticəsi idi. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz UNESCO ilə sıx əməkdaşlıq əlaqələri qurub, qurumun fəaliyyətinə öz töhfəsini verib. 2004-cü il avqustun 13-də xalqımızın ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsində yorulmaz fəaliyyətinə, təşkilatın ideallarına sədaqətinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO - nun xoşməramlı səfiri adına layıq görülüb. Ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafında və möhkəmlənməsində Azərbaycanın birinci xanımının müstəsna xidmətləri var.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilk növbədə Azərbaycanı, onun zəngin mədəniyyətini, qədim tarixini, incəsənətini və musiqisini dünyaya daha çox tanıtmaq məqsədi daşıyır. Məhz bu işin sayəsində UNESCO-da mütəmadi olaraq Azərbaycana həsr olunmuş tədbirlər keçirilir, İçərişəhər tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar Sarayı və Qız Qalası, Qobustandakı qayaüstü təsvirlər, qədim Azərbaycan şəhəri olan Şəki, Xan Sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, at oyunu Çovqan, kəlağayının tikmə və geyinmə sənəti və rəmzləri, Lahıcda mis qabların hazırlanması, lavaşın bişirmə mədəniyyəti, dolma hazırlamaq ənənəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Məhz Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti sayəsində dünya Azərbaycanı qədim və zəngin mədəni irsə malik ölkə kimi tanımağa başlayıb. Novruz bayramı Azərbaycan xalqının mənəvi dünyasının ayrılmaz hissəsi olub, Odlar yurdunda həmişə ehtiramla qeyd olunub. Azərbaycanı qədim sivilizasiya mərkəzlərindən biri kimi tərənnüm edən misilsiz dəyərlərimiz sırasında bu bayramın ənənələri müstəsna yer tutur. Və Novruz bayramının UNESCO -nun Qeyri-Maddi Mədəni İrs üzrə siyahısına salınması əslində hər bir azərbaycanlının nailiyyətidir.

Novruz bayramı dövlət səviyyəsində xüsusi təntənə ilə qeyd olunur. Dövlət başçısı İlham Əliyev hər il bu bayram münasibətilə xalqa təbrik ünvanlayır, bütün ailə üzvləri ilə birlikdə Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edir. Artıq üç ildir ki, Azərbaycan Prezidenti Novruz tonqalını Qarabağda alovlandırır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər