PDF Oxu

Siyasət

  • 2 124

Vətən Müharibəsi Şəhidinin doğum günündə xatirəsi yad edilib FOTOLAR

Vətən Müharibəsi Şəhidinin doğum günündə xatirəsi yad edilib FOTOLAR

Mart ayının 27-də YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, RİH-nin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə, partiya fəalları Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış Şəhid Məmmədov İlkin Fərhad oğlunun anadan olmasının 21-cı il dönümü münasibətilə ailəsini ziyarət ediblər.Görüşdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Daha sonra Bəydili kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.Şəhidin valideyni göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Şəhid Məmmədov İlkin Fərhad oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Digər xəbərlər