PDF Oxu

Siyasət

  • 1 975

Azərbaycan qardaş Türkiyənin daim yanındadır! ŞƏRH

Azərbaycan qardaş Türkiyənin daim yanındadır! ŞƏRH

Qardaş Türkiyədə zəlzələ baş verən andan Azərbaycan hökuməti və xalqı humanitar yardımlar etmək üçün birlik nümayiş etdirərək səfərbər olmuşdur. Bu dəstək, bu birlik iki qardaş ölkə olan Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir. Bu, həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə sadəqətliyin və sadiqliyin bir təzahürü kimi qeyd etmək olar. 44 günlük Vətən müharibəsi dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyə minlərlə dəstək nümayiş etdirərək qardaşlığımızın möhkəmliyini, sarsılmazlığını və müqəddəsliyini nəyinki, düşmənlərimiz olan ermənilərə, hətta bütün dünyaya nümayiş etdirdi.Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub və bu əbədi belə olacaq. Baş vermiş son zəlzələlər ilə bağlı Azərbaycan zəlzələ baş verən andan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən birincisi olmuşdur. . Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Bölgənin ən böyük – Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, nəticədə Türkiyənin ərazisi də sıxılır və bu isə zəlzələ və təkanların tez-tez baş verməsinə gətirib çıxarır.

Türkiyədə baş vermiş zəlzələyə Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.

Biz qardaş xalq olaraq bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzu yerinə yetirib Türkiyənin yanında olmağa hazırıq və bundan sonrada dəstəyik.2023-cü ilin fevralın 6-da Türkiyədə baş vermiş 7,7 maqnitudalı təbii fəlakət Türkiyənin 13,5 milyon insanın yaşadığı 10 vilayətini əhatə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu vilayətlərdə fövqəladə vəziyyət elan edib və ölənlərin xatirəsinə ölkədə 7 günlük matəm elan olunub. Bu zəlzələ nəticəsinə faciəvi şəkildə həlak olan qardaş və bacılarımıza Allahdan rəhmət, qalanlara isə inşəAllah tezliklə sağlamlığına qovuşmaqlarını dua edirik. Hələdə axtarışlar gedir və axtarışda olanlara tezliklə tapılıb sevdiklərinə qovuşmağını ümüd edirik.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər