27.03.2023-cü il tarixdə Gədəbəy rayonunun Qızılqaya kənd sakini, şəhid Hüseynov Şahin Şəmsəddin oğlunun ad günü münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy RİH başçısı aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayevin iştirakı ilə məzarı ziyarət olunub. Ziyarət zamanı şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Hərbçimizin atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.