PDF Oxu

Siyasət

  • 2 402

Azərbaycan – Türkiyə həmrəyliyi – türk dünyasının qürür mənbəyi ŞƏRH

Azərbaycan – Türkiyə həmrəyliyi – türk dünyasının qürür mənbəyi ŞƏRH

Dünya birliyinin müasir inkişafı mərhələsində, ölkələrin xarici siyasət fəaliyyətində xarici siyasətinin əsas aspektləri ilə yanaşı, dövlətin iqtisadi amilin rolunun, xarici siyasət institutlarının rolunun artması, o cümlədən milli dövlət maraqlarının və xüsusilə milli biznesin, ticarətin, maliyyənin, informasiya və innovativ texnologiyaların maraqlarının təmin edilməsində dövlət hakimiyyəti mexanizmi müşahidə olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə, cari ilin Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Sammitin açılışında çıxış edən Prezident cənab Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə cənab Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dedi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm” dedi.

Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadlarından olduqca kədərləndirdiyinimizi vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, faciə ilə əlaqədar cənab Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı vermiş, yaralananlara şəfa diləmişdir. Azərbaycan hökuməti və xalqı tərəfindən, zəlzələ baş verən andan qardaş Türkiyəyə göstərdiyi diqqət və qayğa toxunaraq, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmasını xüsusu vurğulamışdır. Əsaslı çıxışında xalımızın Ali Baş Komandan, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, ilk saatlardan başlayaraq son günə qədər, bütün Türkiyə xalqı, başda cənab Rəcəb Tayyib Ərdoğan olmaqla Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyindən, 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanması və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmasından, Türkiyənin son 20 ildə Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçməsi, dünyada söz sahibi olması, güc mərkəzinə çevrilmisindən, bu gün dünyada Türkiyənin nüfuzundan, o cümlədən Türkiyənin hərbi gücündən, müdafiə sənayesi sahəsində böyük uğurlarından söz açdı. Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərt olduğunu deyən dövlətimizin başçısı, 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini, onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərininin sübutu kimi, bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəyindən əminliyini ifadə etdi.

Yeni dünya düzəni dövründə geosiyasi mənzərənin dəyişməsi dünyada baş verən hadisələrin sonrakı dinamikasına, bəzi dövlətlərin, xüsusən də Türkiyənin güc balansına və xarici siyasət istiqamətlərinə mühüm təsir göstərmişdir. Son zamanlar Türkiyə diplomatiyası xarici siyasətinin fəallığı ilə xarakterizə olunur ki, bu da ilk növbədə özünün geosiyasi və iqtisadi mövqelərinin möhkəmlənməsi ilə bağlıdır. Bu günə qədər beynəlxalq aləmdə demək olar ki, bütün məsələlərdə, xüsusən də Yaxın Şərqdə gedən proseslər kontekstində türk faktoru mühüm rol oynamağa başlamışdır. Rəsmi Ankara öz xarici siyasət kursunu fəal şəkildə formalaşdırmağa, geniş spektrli məsələlər üzrə maraqlarını müəyyən etməyə çalışır.

Türkiyə dövlətinin xarici siyasətinin əsas istiqamətləri milli təhlükəsizliyin təmin edilməsi, dövlətin iqtisadi və siyasi gücünün artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsidir. Son onilliklərdə Türkiyənin regional və qlobal səviyyədə nüfuzunun artması dünyada güc balansının formalaşmasına ciddi təsir göstərir. Unikal geostrateji mövqeyə malik olan Türkiyə Balkanlar, Qara dəniz və Zaqafqaziya, Yaxın Şərq və Aralıq dənizi dövlətlərinə ciddi təsir potensialına malikdir. Yaxın Şərqin ən böyük ordusuna, NATO-nun isə ikinci böyük ordusuna, dinamik iqtisadiyyatına və əhəmiyyətli xarici siyasət çəkisinə malik olan Türkiyə regional və dünya siyasətində artan rol oynayır.

Bütün beynəlxalq ictimaiyyətə mənfi təsir göstərən Rusiya ilə Ukrayna arasında hərbi münaqişə fonunda, Ankaranın dünya siyasətində artan rolu getdikcə özünü büruzə verir. Konfliktin ilk günlərində Türkiyə münaqişə tərəfləri arasında vacib vasitəçi oldu. Ankara həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlər saxlayır. Türkiyə Moskva və Kiyev arasında yaz danışıqlarının platformasına çevrildi, Ukraynanın təhlükəsizliyinin müharibədən sonrakı qarantlarından biri kimi hesab olundu, İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün şərtlər irəli sürdü, Ukrayna taxılının ixracının təşkilində iştirak etdi, Odessa limanı, Rusiya Federasiyası ilə Ukrayna arasında son əsir mübadiləsində vasitəçilik etdi. Bu günki gündə, Türkiyə iki ölkə arasında gələcək sülh danışıqları üçün ən çox ehtimal olunan yer olaraq qalır.

Türkiyənin müdafiə sənayesinin artan əhəmiyyəti, onu silah bazarında mühüm oyunçuya çevirib. Türkiyə istehsalı olan Bayraktar TB-2 döyüş pilotsuz uçan aparatları son illərdə çoxsaylı münaqişələrdə özünü doğruldub. Bayraktarların münasib qiyməti Türkiyəni bahalı hərbi texnika ala bilməyən ölkələr üçün unikal tərəfdaş edir.

Silahlı qüvvələrinin döyüş hazırlığına görə Türkiyə bəzi məlumatlara görə dünyanın ilk onluğuna, bəzilərinə görə isə ilk beşliyə daxildir. Ankaranın hərbi xərcləri artmaqdadır və son 10 ildə təxminən iki dəfə artaraq ildə təxminən 20 milyard dollar təşkil edir. Ayrı-ayrılıqda ölkə hərbi-sənaye kompleksini inkişaf etdirir: beşinci nəsil qırıcılar, gəmilər, silahlar yaradır. 2022-ci ildə isə Türkiyənin üç müdafiə müəssisəsi Aselsan, Turkish Aerospace Industries (TAI) və Roketsan mənfəət baxımından hətta ilk 100 dünya lideri sırasına daxil oldu. Türkiyə ordusu İraqdan Somaliyə qədər ən azı səkkiz ölkədə, eləcə də Şimali Kipr Türk Cümhuriyyəti ərazisində mövcuddur və Qətərdə böyük hərbi bazaya malikdir. Bundan əlavə, Türkiyə bir sıra transsərhəd əməliyyatlardan sonra Suriyanın şimalındakı ərazilərin bir hissəsinə nəzarət edir.

Sadalanan amillər Türkiyənin artan gücünün sadəcə bir hissəsidir ki, onun mühüm istiqamətlərindən biri də “yumşaq güc”dür - məcburiyyət yolu ilə deyil, könüllü iştirak və ya simpatiya əsasında digər ölkələrdən lazımi qərarların əldə etmək bacarığıdır.

Mövcud qeyri-sabit regional və beynəlxalq mühitdə Türkiyənin xarici siyasəti ölkənin maraqlarını qorumaqla, eyni zamanda davamlı sülh və inkişaf üçün şərait yaratmağı hədəfləyir, ətrafda sülh, firavanlıq və sabitliyin qurulmasına öz töhfəsini verir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən irəli sürülmüş “Yurdda sülh, dünyada sülh” hədəfini rəhbər tutaraq, türk xalqının təşəbbüskar ruhu və humanitar dəyərləri Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın fəliyyətində əks etdirilir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər