PDF Oxu

Siyasət

  • 1 981

31 Mart-azərbaycanlılara qarşı törədilən soyqırımı aktı - ŞƏRH

31 Mart-azərbaycanlılara qarşı törədilən soyqırımı aktı - ŞƏRH

1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Azərbaycanın Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərində erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırım aktı törədilib. Soyqırımın nəticəsində on iki minə yaxın azərbaycanlı qətlə yetirilib.Birinci dəfə deyil ki, Azərbaycanlılara qarşı belə soyqırım aktı törədirdilər. Belə fəhşiliklər dəfələrlə baş verib. soyqırım

1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarınında, Şuşa, Cəbrayıl və Zəngəzurun ərazilərdə neçə azərbaycanlı kəndini ermənilər talan ediblər. Azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılırdı. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik. Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfıqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 mın nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər”.

Erməni dəstələri Bakıda törətdikləri qırğınlar kütləvi şəkil aldı. Onlar günahsız insanları amansızcasına qətlə yetirirdilər. O zaman ermənilər bir çox qədim binaları, ziyarətgahları, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtdılar.

Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart-Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.

Ulu Öndər Heydər Əliyev: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarınınxatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur ”.

Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Şəhla Xəlilova

Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər