PDF Oxu

Siyasət

  • 3 270

Lerikdə “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib FOTOLAR

Lerikdə “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə martın 29-də Lerik Rayon İcra Hakimiyyəti və YAP Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.Aksiyada Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə,təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının və YAP-nın fəalları iştirak etmişlər.Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Digər xəbərlər