PDF Oxu

Siyasət

  • 2 855

Könüllülərlə görüş keçirilmişdir FOTOLAR

Könüllülərlə görüş keçirilmişdir FOTOLAR

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında bir qrup könüllü ilə görüş keçirilmişdir. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov görüşü açaraq könüllüləri salamlamış və qeyd etmişdir ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 9 iyun 2009-cu il tarixdə imzalanan “Könüllü fəaliyyəti haqqında” Qanununa əsasən könüllülük Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai-faydalı və gəlirsiz fəaliyyət növüdür. Bu Qanunun qəbul edilməsindən sonra Azərbaycanda minlərlə gənc könüllülər hərəkatına qoşulmuşdur. Könüllü gənclər Azərbaycanda keçirilən beynəlxalq səviyyəli idman yarışları və tədbirlərdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmişlər.

Məhz buna görə də Prezident İlham Əliyev tərəfindən gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Respublikamızda "Könüllülər ili" elan edilib.Görüşdə könüllülər adindan Ağcabədi Pedaqoji kollecinin tələbələri Şövkət Quliyeva, Türkanə Musayeva, Leyla Hüseynova və Ləman Nəzərova çıxış edərək könüllülük fəaliyyətinə qoşulmaqdan qürur duyduqlarını bildirmiş, bu fəaliyyətləri ilə vətənə xidmət etməkdən fəxarət hissi keçirdiklərini qeyd etmişlər. Ağcabədi Pedaqoji kolleci Ərazi partiya təşkilatının sədri Rövşən Bayramov və həmin kollecin müəllimi Səbuhi Atakişiyev çıxış edərək könüllülərə öz təşəkkürlərini bildirmiş və onlara uğurlar arzulamış, səmərəli fəaliyyət göstərmək üçün gənclərə lazımi istiqamət veriləcəyini bildirmişlər.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.

Digər xəbərlər