Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının fəalları və Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin kollektivi şəhid Məmmədov Pərviz Şakir oğlunun ailəsini ziyarət ediblər. Söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub.
Görüşdə bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Şəhidin ailəsi şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.