Siyasət

  • 1 638

AĞSTAFADA 31 MART SOYQIRIMININ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB FOTOLAR

image

30 mart 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı və “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə “31 Mart Soyqırımı”nın 105-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşkilatın əməkdaşları və Ərazi Partiya Təşkilatlarının nümayəndələri iştirak ediblər. İlk olaraq Şəhidlər Xiyabanı ziyarət olunub. Abidə önünə gül dəstələri düzülərək “31 Mart Soyqırımı” qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb. Həmçinin şəhid məzarları da ziyarət olunub. Tədbir Ağstafa rayon Heydər Əliyev Mərkəzində davam etdirilib. Əvvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və 31 Mart Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu gün isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsini hər zaman xüsusi ehtiramla yad edir.

Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının məsləhətçisi Aytən Məmmədli, partiya fəalları İndira Ocaxquliyeva, Günay Qədiməliyeva və Səadət Nağıyeva 31 Mart Soyqırımı hadisələrindən geniş bəhs ediblər.Tədbirin sonunda 31 Mart Soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

Digər xəbərlər