Siyasət

  • 1 935

Nərimanovda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

image

YAP Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbiri keçirilib. Tədbirdən öncə Odlar Yurdu Universitetinin tələbəlirinin əl işlərindən ibarət 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlib, daha sonra Ulu Öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, Azərbaycanlılara qarşı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra tədbirdə 31 Mart soyqırımı zamanı Azərbaycanlılara qarşı erməni vandalları tərəfindən törədilmiş vəhşiliyi özündə əks etdirən video-çarx izlənilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək bildirib ki, tariximizin müəyyən dövrlərində ermənilər mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirmişlər. Samir Vəliyev vurğulayıb ki, xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Onun sözlərinə görə, həmin vaxt on minlərcə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv edilib: “Həmçinin yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə yeksan edilib. Kütləvi qətllər və talanlar Bakı ilə yanaşı, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə də törədilib”.Təşkilat sədri vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci ildə Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb: “Eləcə də həmin Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Eyni zamanda dövlətimizin başçısı cənab İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradıldı. Bütün bunlar erməni şovinizmi və terrorizminin ifşa olunması və dünyaya çatdırılması, xalqımızın gələcək nəsillərinin milli yaddaşının qorunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətli addımlardır”.

Samir Vəliyev qeyd edib ki, Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində ermənilərin xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı layiqincə verildi.Tədbirdə digər çıxış edənlər ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin tarixindən və məqsədlərindən, bu siyasətin acı nəticələrindən, 1918-ci il mart soyqırımından, həmçinin 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qüdrətindən, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən danışıblar.

Digər xəbərlər