31 mart 2023-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar “Etnik təmizləmə və soyqırım cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Millət vəkili Vahid Əhmədov, Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Hikmət Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarını, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, digər qonaqlar, tələbələr və gənclərin iştirak etmişdir
Nəzakət