1 aprel 2023-cü il tarixdə YAP Oğuz rayon təşkilatının Oğuz Mərkəzi Xəstəxana PHŞ ərazi partiya təşkilatında “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir” mövzusunda geniş tədbir keçirilmişdir. Tədbirdə öncə iştirakçılar Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, 31 Mart soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.Daha sonra Müstəqi və müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatı Oğuz Rayon Mərkəzi Xəstəxansı PHŞ ərazi partiya təşkilatının sədri İradə Məmmədova çıxış edərək bildirib ki, bu gün Azərbaycanda iqtisadiyyat, elm, mədəniyyət və digər sahələr ilə yanaşı səhiyyə sahəsi çox sürətlə inkişaf edir. Azərbaycan öz inkişafına görə dünyanın öndə gedən ölkələrindən biridir. Bütün bu nailiyyətlər isə yalnız ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrələridir. Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, layihələr, yeni müasir tibb mərkəzlərinin istifadəyə verilməsi,səhiyyə müəssələrində yüksək ixtisaslı kadrlarların çalışması,tibb elminin inkişafı ilə bağlı dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir.
Tədbirdə çıxış edənlərdən Oğuz Rayon Mərkəzi Xəstəxanası PHŞ -in direktoru Anar Əzizov, Oğuz RMX PHŞ-in Müalicə işləri üzrə müavini-Baş həkimi Şəlalə Tahirova, xəstəxananın cərrah həkimi Qorxmaz Hümmbətov, Rayon Mərkəzi Xəstəxanası PHŞ -in Ümumi şöbənin müdiri Lalə Salamova və digər çıxış edənlər bildirdilər ki, Ulu öndərin yenidən hakimiyyətə qaydışı Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsizndən xilas etdi. Ölkəmizdə rifahın, tərəqqinin əsası qoyuldu. Təsadüfi deyil ki, ulu öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Ümummilli lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə - köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Ulu öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vuğulayırdı. Prezident İlham Əliyevin səhiyyə sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalandağını və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olduğunu bildirdilər. Qeyd etdilər ki, ölkəmizdə səhiyyə sistemi təkmilləşdirilib və Azərbaycan səhiyyəsi dünya səhityə sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Səhiyyə üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Çıxış edənlər əminliklə bildirdilər Ümummilli liderin başladığı inkişaf strategiyası bu gün Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir.Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir. Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir. Ulu Öndərin diqqət yetirdiyi ən vacib məsələ - insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi bu gün də dövlət başçısı İlham Əliyevin daim nəzarətindədir. Sonra çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin görmək istədiyi kimi qüdrətlidir, öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir və üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla, əzəmətlə dalğalanır.Azərbaycanın hər bir bölgəsində əhali müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım ala bilir. Xaricdə təhsil almış yüsək ixtisaslı həkim kadrlar və peşəkar tibbi heyət olduğu üçün xəstələr öz sağlamlıqlarına qovuşmaq üçün xarici ölkələrə üz tutmurlar. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir. İşğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prioritet məsələlərdəndir. Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir. Bir sözlə, uğurlarımızın əsası birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bütün həyatını vətəninin suverenliyinə, xalqının xoşbəxtliyinə həsr edən böyük liderin əziz xatirəsi Azərbaycan var olduqca hər kəsin qəlbində, habelə çoxsalı səhiyyə işçilərinin qəlbində daim yaşayacaq. Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət onun layiqli davamçısı Prezident İham Əliyev tərəfindən uğurla davam etdirilir, möhtəşəm nailiyyətlərlə müşayiət olunur. Tədbirin sonunda YAP sıralarına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim edildi.