Azərbaycan dövlətinin siyasi dialoqla bağlı təşəbbüsləri özündə demokratik inkişafı, iqtisadi azadlıqların bərqərar olması, siyasi partiyaların güclənməsi üçün münbit şərait yaradılması və bu kimi bir sıra məsələləri təcəssüm edir. Ölkə başçısı sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir etmiş və onun tapşırığı ilə bu sahədə müsbət mənada fərqlənən çoxsaylı işlər görülüb. Bütün bunlar siyasi sistemin gücləndirilməsi, bununla da ölkənin inkişafına xidmət edib. Hakim Yeni Azərbaycan Partiyası iqtidar olaraq xalqa və dövlətçiliyə yönələn fəaliyyətini uğurla həyata keçirməkdədir.
Siyasi partiyalar haqqında yeni qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət formalarına adektvat tələb edir. Cənab Prezident görüş zamanı qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrin marağına xidmət etdiyini bildirmişdir. Radikalların qərəzli siyasiritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurların gözdən salınmasına fokuslanıb. Lakin onların tək məqsədi küçə etirazlarıdır. Bu yanaşma isə rasional, xüsusilə də peşəkar və demokratik sayıla bilməz. Heydər Əliyevin dühası, İlham Əliyevin uzaq görənliyi bizi bu yolda da irəliyə aparacaqdır.
Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasət ölkəmizin həm iqtisadi, həm də siyasi baxımdan inkişafına ciddi töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycanın regionun lider dövləti statusu qazanmasının əsasında məhz həmin islahatların mükəmməl konsepsiyası dayanır. 2020-ci ildə yeni parlamentin ilk iclasında Azərbaycan Prezidentinin çıxışında əksini tapan prinsiplər əsasında formalaşan milli birlik və siyasi dialoq mühiti dövlətimizin daxili iqtisadi inkişafının və geosiyasi gücünün önəmli dayaq nöqtələrindən biri oldu. Əlbəttə, Prezidentin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Bu baxımdan siyasi proseslərə qiymət verərkən nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən məhz iqtidar tərəfi oldu. Zəfər savaşı dönəmində ümumxalq həmrəyliyinin siyasi birliklə vəhdəti bu gücün real nümayişi sayıla bilər. Bunun ardınca Azərbaycan siyasi mühitində iqtidar-müxalifət münasibətlərinin normallaşması müşahidə edildi və ölkə rəhbərinin məlum çıxışından sonra keçən zaman “siyasi dialoq” məfhumunun bir daha aktuallaşdırılması mərhələsi hesab edilməlidir.
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı