Azərbaycanın böyük strateji əhəmiyyətə malik olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Düşmən işğalı nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalaraq, 300-dən artıq hərbi və mülki şəxs həlak olaraq və itkin düşüb. Vətən müharibəsi nəticəsin də işğaldan azad edilmiş ərazilərində böyük bərpa-quruculuq işlərinə başlanılması və müzəffər xalqımızın qalib dövlət kimi əbədi yaşaması Azərbaycan dövlətinin gücünü göstəricisidir. Strateji əhəmiyyətə malik olan Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Orada sakinlərin həm təhlükəsizliyinin qorunması, həm keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması dövlətimizin əsas proritet vəzifələrindən biridir. Biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Laçın rayonu ölkəmizin ən böyük və resurslarla zəngin rayonlarından biridir. Laçın rayonun ölkəmizin gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. Ermənilər beynəlxalq konvensiyalara görə hərbi cinayət törədərək işğal dövründə Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar.Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada əsas rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər – ATƏT-in o vaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydındır. Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə rola girərək pərdələmək istəyirdilər.Bütün bunlara baxmayaraq, Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevrilir, həmçinin, bütün infrastrukturu, daxili yolları yenidən qurulur. Laçının çox füsunkar təbiəti- meşələri, dağları, çayları var. Əminliklə deyə bilərik ki, bu, bir cənnət məkanı olacaqdır. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və Laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, “ Heç kim bizim iradəmizə təsir edə bilməz” – Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etdi.Bu gün biz öz tarixi torpaqlarımıza qayıdırıqsa, orada bərpa-quruculuq işləri aparırıqsa, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq olanları əsla unutmamalıyıq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.Beləliklə, biz Laçın və digər ərazilərimizi düşmən tapdağından azad edərək, milli ləyaqətimizi tam bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır! Azərbaycan dövləti qalib dövlət kimi yaşayır! Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır.Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini