YAP Yasamal rayon təşkilatında “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi” ilə bağlı iclas keçirilmişdir. İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, ərazi partiya təşkilatlarının sədrləri və Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin idman klublarının sədrləri iştrak edib.Qeyd edək ki, idman yarışları Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirəcəkdir. Yarışların bilavasitə keçirilməsi Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə edilir.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas məqsədləri isə ümummilli lider Heydər Əliyevin anadan olmasınını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir.İlk olaraq çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iclas iştirakçılarını salamlayıb və iclasın baş tutmasının əsas səbəbinin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərncamından irəli gəlməsini bildirib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin və onun bir hissəsi olan idman yarışlarının uğurla reallaşdırılması nəticəsində əldə edilən nailiyyətlərdən yüksək səviyyədədir. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində və xüsusilə idman yarışlarında fəal şəkildə iştirakı mühüm rol oynayır. Bundan əlavə olaraq YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycanda idman sahəsində gənclərin qarşısında duran əsas məqsədləri kimi həm ölkə daxilində, həm də beynəlxalq yarışlarda vətənimizi uğurlu şəkildə təmsil etmələrini və yüksək nəaliyyətlər əldə etmələrini vurğulayıb.Sonra çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov qeyd edib ki, Respublikamızda ulu öndər Heydər Əliyevin banisi olduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasəti uğurla inkişaf edir və çiçəklənir. Bu uğurun da davamlı olması və gənclərin bədən tərbiyəsi və idmanla aktiv məşğul olması istiqamətində Yasamal rayonu ərazisində idman yarışlarının keçirilməsi olduqca vacibdir. Çıxışına davam edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bidirib ki, 2023-ci ilin aprel- may aylarında Yasamal rayonu ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən təşkil olunmuş komandalar iştirakı ilə yarışlar keçiriləcəkdir. Ümumilikdə yarışların proqramına əsasən 6 idman növündə (basketbol, stolüstü tennis, voleybol, mini-futbol, şahmat, dama) yarışlar keçiriləcəkdir. Hər bir növ üzrə isə I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar, komanda üzvləri isə müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.
Daha sonra müzakirə formatında davam edən görüşdə iclas iştirakçılarının sualları cavablandırılıb, təklifləri dinlənilib.
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...